Psixoloqların da araşdırmalarından görürük ki, uğura doğru addımlayarkən motivasiyanın rolu vacibdir. Bu bizi mənəvi olaraq daha çox çalışmağa, yaratmağa, əzmli olmağa və ruhdan düşməməyə kökləyir.
Bir çox vaxt motivasiyanı digər insanların uğur hekayəsini izləyərkən alırıq və ilhamlanaraq məqsədə çatmağın yollarını öyrənirik.
Aşağıda sizə maraqlı ola biləcək Top 10 film adı sadalayacağıq.
Filmlərə baxaraq xoş vaxt keçirtməyinizi,ilhamlanmağınızı və uğura doğru gedərkən sizə kömək ola biləcək yeni məlumatlar əldə etməyinizi arzulayırıq.
1. Xoşbəxtlik Uğrunda Mübarizə ( The Pursuit of Happyness)
Film istənilən şəraitdə mübarizə aparmağı və ruhdan düşməməyi öyrədir. Nə qədər çətin olsa da, məqsədli şəkildə addımladıqda, ümidini itirmədikdə, hər kəsi sonda uğur gözləyir.
2. Jobs (Steve Jobs)
Film cəsarətli,yenilikçi və bütün maneələrə qarşı yüksəlmiş sahibkar Stiv Cobsun inanılmaz hekayəsindən bəhs edir. Bu adam tarixdə çox nəzərə çarpan bir iz buraxdı, təkcə texnologiyanın inkişafı vektorunu deyil, həm də bütün dünyada həyatı əbədi olaraq dəyişdirdi ...
3. Sosial şəbəkə(The Social Network)
Devid Finçerin filmi internetdə ən populyar sosial şəbəkələrdən birinin - Facebook-un yaradılmasından bəhs edir. Bu şəbəkənin istifadəçilər arasında böyük uğuru Harvarddan olan bir qrup tələbəyə ABŞ-ın ən gənc multimilyonçusu olmağa imkan yaratdı.
4. Təcrübəçi(The Intern)
Bu film, ilk növbədə özünə inam haqqındadır. İnanmıram ki, siz 70 yaşınız olanda böyük bir onlayn mağazada təcrübə keçməyə qərar verəsiniz. “Oskar” mükafatlı Robert De Nironun canlandırdığı baş qəhrəman isə bütün dünyaya hələ də məharətli olduğunu göstərmək qərarına gəlir, lakin bunun üçün əvvəlcə o, USB-nin, internetin və sosial şəbəkələrin nə olduğunu öyrənməli olacaq.
5. Qazanmaq Sənəti (Moneyball)
Film böyük idman qələbələrinin arxasında böyük strateqlərin və menecerlərin dayandığını aydın şəkildə göstərir. Onlarsız döyüşə hazır komanda yığmaq və uğur qazanmaq olmaz.
6. Erin Brokoviç
Film real hadisələrə əsaslanır. Erin Brokoviçin bioqrafiyası bir çox qızlar üçün nümunədir. Onun cəsarəti, mətanəti və əzmkarlığı ən çətin həyat sınaqlarını dəf etməyə kömək etdi.
7. Kralın çıxışı
Lentin süjeti indiki kraliça II Yelizavetanın atası, Britaniya kralı VI Corc kimi vəzifəsini icra etməyə hazırlaşan Hersoqdan bəhs edir. Qardaşı taxtdan imtina etdikdən sonra baş qəhrəman istəmədən taxtı qəbul edir. Dəhşətli kəkələmə və ölkəyə rəhbərlik etmək qabiliyyətinə şübhə ilə üzləşən Georq kömək üçün Lionel Loq adlı qeyri-adi loqopedə müraciət edir.
8. «1+1»(The Intouchables)
Filip tamamilə iflicdir və özünə qulluq etmək qabiliyyətindən məhrumdur ki, bu da ətrafındakıların ona acımasına səbəb olur. Driss başqalarının gözündə cəmiyyətə heç bir xeyri olmayan insandır. Lakin onlar ikisi birlikdə tamamilə yeni bir qüvvə, bir növ tandem meydana gətirirlər. Burada bir tərəfdən diqqətə layiq ağıl, incəlik, zəriflik və çox böyük mənəvi güc, digər tərəfdən isə gənclik, ehtiyatsızlıq və hərəkətlilik var. Və bu tandem dostluq adlanır – həmin o bir birinə dayaq olan əsl dostluq.
9. Whiplash
Andrew Nieman, Buddy Rich-ə pərəstiş edən və onun kimi məşhur nağara ifaçısı olmaq arzusunda olan nüfuzlu Şaffer Konservatoriyasının birinci kurs tələbəsidir. Universitet qurucusu Terrence Fletcher gənci öz orkestrinə qəbul edir, lakin maestronun gənc istedadlarla işləmək üçün bir qədər özünəməxsus üsulları vardır. Virtuoz Fletçer deyir: "Dilimizdə "yaxşı" sözündən daha zərərli və təhlükəli söz yoxdur" . İndi Miles işində ən yaxşı olduğunu sübut etməlidir.
10. Wall Street Canavarı(The Wolf of Wall Street)
Film heç vaxt təslim olmamağı və ağlını işlədə bildikdə nə qədər həyatda enişlər olsa belə, yenə qalxmağı bacarmağın mümkünlüyündən bəhs edir.