1980-ci illərin sonunda, Françesko Kirillo tərəfindən zamanın idarəolunması üçün “Pomidor” üsulu təklif olunmuşdur. Klassik nəzəriyyəyə əsasən “Pomidor” adlanan 30 dəqiqəlik vaxt kəsikləri 25 dəqiqə iş, 5 dəqiqə fasilədən ibarətdir. Belə ki, bu üsul iş prosesini vaxt kəsiklərinə ayıraraq effektivliyi artırmaq üçün 25 dəqiqə tapşırığa yüksək konsentrasiya olmaq və hər 25 dəqiqədən sonra 5 dəqiqəlik fasilə edib,sonra yenidən 25 dəqiqəlik fikrini işə kökləməyi nəzərdə tutur.
Pomidor üsulü növbəti mərhələlərdən ibarətdir:
- İcra edəcəyiniz tapşırığı müəyyən edin və alt tapşırıqlara bölün. Hər bir alt tapşırığa 25 dəqiqəlik ara (pomidor) ayırın
- Taymeri 25 dəqiqəyə qoyun
- Taymer zəng çalana qədər fikrinizi yayındırmadan işləyin. Fikrinizi yayındıran amilləri vərəqdə qeyd edin və işləməyə davam edin
- Hər 25 dəqiqəlik ara sonlananda, pomidoru bitirdiyiniz haqqda qeyd aparın və qısa fasilə verin (5 dəqiqə)
- Hər 4-cü pomidordan sonra uzun fasilə verin (15-30 dəqiqə)
Bir pomidor daxilində tapşırığı vaxtından əvvəl yerinə yetirdikdə, geri qalan vaxt ərzində tapşırığı edərkən qabağınıza çıxan maraqlı detalları dərindən öyrənə və ya araşdıra bilərsiniz.
Pomidor üsulunun əsas məqsədi, diqqəti yayındıran daxili və xarici amilləri aradan götürməkdir . Pomidor bölünməzdir; əgər pomidoru yerinə yetirdiyiniz vaxtı sizin fikriniz digər bir şəxs tərəfindən yayındırılırsa, "məlumat ver - danışıq apar - planlaşdır - geri qayıt" taktikasından istifadə edin:
- Fikrinizi yayındıran şəxsə hal-hazırda əlinizdə işinizin olduğunu bildirin
- Ona kömək edə biləcəyiniz vaxtı müəyyənləşdirin
- Bu fəaliyyəti planlarınıza daxil edin
- Pomidoru bitirdikdən sonra bu fəaliyyətə geri qayıda bilərsiz
Bu taktikanı müəyyən bir səbəblərdən yerinə yetirmək mümkün deyilsə, pomidoru dayandırmaq və daha sonra davam etmək məsləhət görülür.
Bu metodu tətbiq etmək üçün bir mexaniki taymer, kağız və qələm kifayətdir. Taymeri qoşmaq insanda bir işə başlama hissini yaradır, insanın tapşırığı yerinə yetirmək əzmini artırır. Hər "pomidorun" sonunda zəng fasilə vaxtını bildirir ki, bu da şüuraltına “gərgin iş sonrası priz” impulsunu ötürür və bizdə vaxtımızı tənzimləməyə və işə fokuslanıb vaxtında bitirmək həvəsini və vərdişini yaradır.
Bəs siz vaxtınızı hansı üsul ilə idarə edirsiniz?