Qala Group

Smeta üzrə mühəndis

undefined 

 Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər: 

  • Maliyyə-smeta sənədlərini hazırlayır;

  • Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz edir;

  • Analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlayır;

  • Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparır;

  • Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlayır və bu barədə arayış tərtib edir;

  • Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak edir;

  • Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak edir;

  • Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlayır, görülən işlər barədə  aktlar hazırlayır;

  • Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görür;

  • Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirir;

  • Smeta qiymətləri haqqında arayışlar tərtib edir;

  • Smeta sənədlərinə və cədvəllərinə uyğun olaraq anbar, təchizat və tikinti sahəsinin məsul şəxsləri ilə məlumat mübadiləsi sahəsində qarşılıqlı əlaqəni qurur və idarə edir;

  • Mal-material sifarişi və alışı, habelə istifadəsi və silinməsi proseslərinin smeta(lar)a uyğun həyata keçirilməsinə nəzarəti həyata keçirir.

Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.):

  • Texniki sahədə ali təhsil;

  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;

  • MS Office,  AutoCAD bilikləri;

  • İngilis, rus dillərini bilən namizədlərə üstünlük verilir;

Namizədlərdən şəkilli CV-lərini “Smeta üzrə mühəndis” mövzusu ilə [email protected] e-mail ünvanına göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Elanın bitmə tarixi: 21.10.2023