PMD Group
Sahə rəisi
Təsvir:
Təyin edilmiş layihələrdə hazırlıq, tikinti-quraşdırma, bərpa, təmir, buraxılış-sazlama və istismara təhvil işlərin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə və layihəyə uyğun olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməklə həyata keçirilməsini təmin etmək;
İcra olunacaq layihələrin hazırlıq mərhələsinə dair müayinə, mühəndis-axtarış və planlaşdırma işlərində, habelə, metodologiya və icra üsullarının hazırlanmasında iştirak etmək, tələb olunan sənədləri tərtib etmək və müvafiq hesabatların hazırlanması üçün tələb olunan məlumatları təqdim etmək;
Tikintinin başlanması üçün tələb olunan sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq, müvafiq düzəlişlər tələb olunduqda zəruri tədbirlərin görülməsi üçün müraciət etmək və nəzarət altında saxlamaq;
Tikinti sahələrində yerinə yetiriləcək işlər üçün hazırlıq təşkilinə, hazırlıq işlərinin yerinə yetirilməsinə və vaxt cədvəlinə nəzarət etmək;
Sahə mühəndislərinə və müvafiq fənn üzrə mütəxəssislərə rəhbərlik etmək, onlara, icra üçün tapşırıqları müəyyən etmək, onların fəaliyyətini əlaqələndirmək və nəzarət etmək;
Müqavilə əsasında layihədə işləyən podrat təşkilatların fəaliyyətini əlaqələndirmək və onlardan icra olunan işləri qəbul etmək;
İşlərin icrası üzrə müvafiq jurnalları və yerinə yetirilmiş işlər üzrə aidiyyəti sənədləri hazırlamaq, üstü örtülü işlərə aid aktları tərtib etmək və texniki icra sənədlərini hazırlamaq;
Tikinti sahələrində yerinə yetirilən işlərə nəzarət etmək, işlərin hissəli və bütövlükdə qəbulunda, bitmiş bina/qurğuların təhvil-təslimində iştirak etmək;
Obyektlərin ayrı-ayrı mərhələlər üzrə sifarişçiyə təhvil verilməsində iştirak etmək;
Tikinti layihələrinin təqvim planlarına riayət edilməsinə, tikinti-quraşdırma, təmir, bərpa və yenidən qurma işlərinin həcm, müddət və keyfiyyət baxımından qoyulan tələblərə uyğunluğuna nəzarət etmək;
İstifadə olunan və quraşdırılan material, avadanlıq və konstruksiyaların təsdiqlənmiş layihə-smeta sənədlərinə, işçi cizgilərinə, standart və normalara uyğunluğuna nəzarət etmək;
Yerinə yetirilən işlərin texnoloji ardıcıllığına, icra üsullarına, layihə və normativ sənədlərin tələblərinə uyğun aparılmasına nəzarət edərək təmin etmək;
Şəhərsalma və tikinti sahəsinə dair normativlərə əsasən tələb olunan sənədləri tərtib etmək;
Nəzarət edilən tikinti sahələrinə digər tərəflərdən tələb olunan sənədlərin tərtibini təmin etmək;
Aşkarlanan qüsurların aradan qaldırılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək;
Yerinə yetirilən işlərdə gecikmə və keyfiyyətin pisləşmə səbəblərini araşdıraraq önləyici tədbirlər görmək;
Yerinə yetirilmiş işlərin qeydiyyatını apararaq müvafiq hesabatların hazırlanması üçün məlumat təqdim etmək;
Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək;
Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ – hüquqi aktların tələblərinə ciddi riayət etmək.
Tələblər:
İnşaat mühəndisi ixtisası üzrə ali təhsil;
Tikintinin idarə edilməsi sahəsində azı 7 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı, Rus – arzuolunandır;
Tikinti normalarına və layihə idarəedilməsinə dair biliklər;
Kompüter bacarıqları: MS Office, Autocad;
Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı.
Müraciət üçün link: https://jobs.glorri.com/pmdprojects/job/pmdprojects-sahe-reisi
Elanın bitmə tarixi: 14.01.2024