”RİCON” MMC
İş icraçısı - Goranboy
Vəzifə funksiyaları üzrə gözləntilərimiz:
Sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik edir. Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin edir
Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil edir.
Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin edir.
İşlərin kompleks mexanikləşdirmə səviyyəsinin yüksəldilməsi, yeni texnika və əməyin elmi təşkilinin tətbiqi, əmək məhsuldarlığının yüksəldilməsi üçün ehtiyatlardan istifadə edilməsi, tikinti-quraşdırma və buraxılmış-sazlama işlərinin dəyərinin azaldılması, materiallardan və əmək haqqı fondlarından qənaətlə istifadə edilməsi üzrə tədbirləri yerinə yetirir. Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparır,
Tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını təmin edir.
İnşaat maşınlarına: nəqliyyat, mexanizasiya vasitələrinə, materiallara, detallara, alətlərə, əşyalara sifarişlər tərtib edir və onların səmərəli istifadəsini qəmin edir.
İşlərin istehsalat layihəsinə uyğun işlərin yerinə yetirilməsini təmin edir. İşlərin icrası üzrə jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri hazırlayır. Üstü örtülü işlərə aid aktları tərtib edir və texniki icra sənədlərini hazırlayır.
İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak edir.
İş yerlərinə, sanitar-məişət otaqlarına, sahənin ərazisinə kənar adamların daxil olmasına icazə vermir. İş yerlərində, keçid və magistrala çıxan yollarda təmizliyə və qayda-qanuna riayət edilməsinə, kranaltı yolların düzgün saxlanılmasına və istismar edilməsinə nəzarət edir
Kvalifikasiyaya olan tələblər:
Ali təhsil (İnşaat üzrə);
Tikinti sahəsində ümumi olaraq 5 ildən yuxarı iş təcrübəsi;
İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
MS Office (Word, Excel), AutoCad proqramlarını bilməli;
Yüksək səviyyədə analitik-riyazi biliklər;
Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
İnşaat norma və qaydalarını bilməlidir;
İş şəraitimiz:
Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək;
İş qrafiki 6 günlük;
Mehriban komanda;
Perspektivli iş şəraiti;
Şirkətin digər benefitləri
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə [email protected] email ünvanına Azərbaycan dilində göndərməkləri xahiş olunur.
Elanın bitmə tarixi: 24.01.2024