Sea Breeze Construction
Fit out işləri -incə işlər üzrə Mühəndis
2000 - 2500 AZN
Əmək haqqı: 2000-2500 AZN.
Vəzifə öhdəlikləri:
Təmir işlərinin keyfiyyətlə, standartlara uyğun şəkildə aparılmasına nəzarət etmək;
Təmir işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
Təmir işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
Təmir işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək;
İşçi briqadalarının iş bölgülərini təyin etmək, onların istehsalat tapşırıqlarını vermək;
İşlərə mühəndislik baxımından rəhbərlik etmək.
Namizədə tələblər:
Müvafiq sahə üzrə ali təhsil;
3 ildən artıq mühəndis vəzifəsində iş təcrübəsi;
Kompyuter bilikləri - MS office, Word, Excell, AutoCad;
Komandada işləmək bacarığı;
İş yeri:
Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
Nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
İş vaxtı: I-VI günlər
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər: [email protected]
Elanın bitmə tarixi: 26.12.2023