The Landmark Hotel Baku
Briqadir
Əmək funksiyaları:
Briqada üzvlərinin əmək və istehsalat intizamına, təhlükəsizlik texnikası təlimatlarına riayət etmələrinə nəzarət etmək;
Daima işə başlamazdan əvvəl iş yerlərinin vəziyyətini, təhlükəsizlik qaydalarının tələblərinə uyğun olmasını, avadanlığın, alətlərin, çəpərlərin, keçidlərin, pilləkənlərin və başqa hündürdə işləmək üçün lazım olan vasitələrin işə yararlığını və sazlığını yoxlamaq;
Görüləcək işlərin xüsusiyyətindən asılı olaraq işçiləri sahələrdə yerləşdirir, onlara görəcəkləri işin ardıcıllığı haqqında izahat vermək;
Yeni işə qəbul olmuş fəhlələri təhlükəsiz işləməyə, mühafizə və xilasedici vasitələrdən istifadə etmə qaydalarına öyrətmək;
Tikinti sahəsi ərazisinin təmizliyinə nəzarət etmək, sahədən çıxan tullantıların çeşidlənərək xüsusi ayrılmış yerlərə daşınmasını təmin etmək;
Tikinti materiallardan düzgün və qənaətlə istifadə olunmasına nəzarət etmək, sərfiyyatın minimum səviyyəyə endirilməsi üçün tədbirlər həyata keçirmək.
Tələblər:
Müvafiq sahə üzrə 3 ildən artıq təcrübəyə üstünlük verilir;
Planlaşdırma, təşəbbüskarlıq, problem həlletmə, stressə davamlı;
Vakansiya ilə maraqlanan namizədlər şəkilli CV-lərini müraciət etdiyi vəzifənin adını qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilər.
Elanın bitmə tarixi: 15.12.2023