Portal Games

Texnik-elektrik

600 AZN

undefined 

Portal Games real heyatda real oyunlardır. Reallıqda kvest xüsusi olaraq hazırlanmış məkanda bir neçə insandan ibarət komanda oyunudur. Oyunların məqsədi – müəyyən vaxt ərzində (40 – 120 dəq.), işarələrdən istifadə edərək tapmacaları tapmaq və missiyanı yerinə yetirərək otağı tərk etməkdir. Kvestlərdə iştirakçılardan əlavə həm də aktyorlar da iştirak edir. Aktyorlar hər-hansısa bir obrazda olmaqla kvestin sujetinə təsir edə bilirlər. Aktyorlar bəzən kömək edir, bəzən isə iştirakçıları qorxuzmaqla oyun prosessini çətinləşdirir.

Portal Games bəziləri üçün bir macəradır digərləri üçün isə, öz intellektual imkanlarını yoxlamaq üçün bir yoldur və yaxın insanlarla vaxt keçirtmək üçün fürsətdir.

Tələblər:

  • Cins: Kişi;
  • Yaş: 25 – 50;
  • Təhsil: Orta;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi mütləqdir!;
  • Məsuliyyətli və komandada işləmək bacarığı;
  • Detallara diqqət, nəticəyönümlülük.

Vəzifə öhdəlikləri:

  • Filial daxili texniki işlərin görülməsi;
  • Elektrik cihazlarının təmiri və yoxlanılmasını icra etmək;
  • Mebel və digər taxta məhsulların təmiri;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirmək.

İş barədə məlumat:

  • İş qrafiki: 6 günlük 12:00 – 20:00. Həftədə 1 gün istirahət;

Yalnız, qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “texnik-elektrik” qeyd etməklə CV-lərini [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Elanın bitmə tarixi: 04.11.2022