Badamdar Hotel & Residences
Təmizlik üzrə Menecer
Vəzifə öhdəliklərin təsviri:
Yerli və ya xarici qonaqlara vaxtında və nəzakətlə xidmət göstərilməsini və Otel qaydalarına riayət etməyi təmin etmək üçün Təmizlik şöbəsinin işçi heyətinə nəzarət etmək.
Hər gün müntəzəm olaraq Qrup rəhbərlərinin vəzifələrini müəyyən edir və onlara xüsusi layihələr təqdim edir, inkişafa nəzarət edir və Menecerə bu işlər barədə məruzə edir.
Cihazların, avadanlıqların və rahatlıq üçün əlverişli şəraitin təmiz olması və yaxşı təşkil olunması üçün mərtəbələri və ictimai yerləri yoxlamaq;
Əməkdaşlar üçün təlimlər təşkil etmək, təlim planı tərtib etmək.
Təmizlik üzrə işçi heyətini gündəlik operativ fəaliyyət və problemlər barədə xəbərdar edir və onları işləri ilə bağlı olan bütün məlumatlarla təmin etmək
Şöbə üzrə gəlir və xərclərə nəzarət etmək, illik büdcə planını hazırlamaq və rəhbərliyə təqdim etmək.
Cədvəl tərtib etmək, yoxlamalar və qeydlər aparmaq, inkişaf etmək, digər müvafiq şöbələrlə əlaqə saxlamaqla ümumi təmizlik kimi müxtəlif təmizlik layihələrində iştirak etmək.
İclaslarda iştirak etmək, həmçinin şöbə daxili iclasları keçirmək, məruzələr və hesabatlar hazırlamaq, gündəlik qeydiyyatlar aparmaq.
Rəhbərlik tərəfindən təyin edilmiş istənilən bu və digər vəzifələri yerinə yetirir.
Uğurlu namizəd aşağıdakı tələblərə cavab verməlidir:
Ali təhsil
Otel sahəsində 5 ildən artıq iş təcrübəsi
Təmizlik standartlar barəsində mükəmməl biliklər
Güclü idarəçilik, liderlik keyfiyyətləri
Ünsiyyət qurma, mübahisələrin həll olunması, stress altında işləmə bacarıqları
Opera və ERP sistemlər üzrə biliklər
Uyğun namizədlər öz CV-lərini [email protected] mail ünvanına göndərə bilər.
Son tarix 31.10.2023
Yalnız yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar
Elanın bitmə tarixi: 31.10.2023