Təhlükəsizlik üzrə xidmət rəisi

Green City Resort & Residence

Təhlükəsizlik üzrə xidmət rəisi

My default image 

İş haqqında məlumat:

  • Şirkətin  mülkiyyətində və istifadəsində olan ərazinin, daşınar və daşınmaz əmlakın, habelə əməkdaşlarının nəzarətini təşkil etməlidir;
  • Şirkətə buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət etməlidir;
  • Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini təmin etməlidir;
  • Təhlükəsizlik qaydaları haqqında mütəmadi olaraq bütün işçilərə təlim keçirməlidir;
  • Tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparmalıdır;
  • Şirkət işçiləri tərəfindən iş yerində mümkün ziyan vura biləcək əməllərin qarşısının alınması üzrə müvafiq tədbirlər təşkil etməlidir;
  • Şirkətdə hər hansı bir insidentin baş verdiyi təqdirdə şirkətdaxili qaydalara əsasən daxili araşdırma aparmalıdır;
  • Şirkətdə konfidensial məlumatların yayılmasının qarşısının alınması üçün tədbirlər görməlidir;
  • Müşahidə kameraları vasitəsi ilə, işçilərin, ərazinin və obyektlərin gün ərzində izlənilməsini təşkil etməlidir;
  • İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət etməlidir;
  • İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək, istehsalat intizamını pozanların cəzalandırılması haqqında təkliflər verməlidir;
  • Daima işin təkmilləşdirilməsinə çalışmalı və bununla əlaqədar rəhbərliyə təkliflər irəli sürməlidir.

Tələblər:

  • 30-55 yaş həddi;
  • Ali təhsili olması (hərbi üzrə);
  • Təhlükəsizlik sahəsində 7 ildən az olmayaraq iş təcrübəsi;
  • Türk, rus və ingilis dilin bilənlərə üstünlük verilir;
  • İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq;
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Təzyiq altında və dəyişkən iş qrafiki  ilə işləmək bacarığı.

Maraqlanan namizədlərdən CV-lərini [email protected] email ünvanına göndərməkləri xahiş olunur.

 

Elanın bitmə tarixi: 13.12.2024