Təhlükəsizlik Bölməsinin Müdiri

Veysəloğlu MMC

Təhlükəsizlik Bölməsinin Müdiri

undefined 

İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək 

Vəzifə funksiyaları:

  • Müəssisəyə aid bina, əmlak, avadanlıq, depo (anbar), mal-materialların təhlükəsizliyinin fasiləsiz təmin olunmasını təşkil etmək və nəzarətdə saxlamaq
  • Buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət etmək
  • Mühafizə işçilərinin növbə cədvəlini təyin etmək, vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparmaq
  • Tabeliyində olan əməkdaşların geyim forması, maddi-texniki və digər vasitələrlə vaxtında təchiz olunmalarını və qaydalara düzgün əməl etmələrini təmin etmək
  • Müşahidə kameraları vasitəsi ilə, ərazinin və obyektlərin gün ərzində izlənilməsini təşkil etmək
  • Daxili təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək 
  • Təhlükəsizlik planlarını standartlara uyğun tərtib və təşkili etmək 
  • Daima işin təkmilləşdirilməsinə çalışmaq və bununla əlaqədar rəhbərliyə təkliflər irəli sürmək

Vəzifə tələbləri:

  • Hərbi və digər güc strukturları sahəsində təhsil
  • Güc strukturlarında ən azı 5 il iş təcrübəsi 
  • Təhlükəsizlik sistemləri (kamera-nəzarət sistemi, buraxılış sistemləri, yanğın təhlükəsizliyi və siqnalizasiya) üzrə biliklər
  • Fövqəladə hadisələrin idarəedilməsi sahəsində biliklər
  • MS Office (Word, Excel, Power Point) kompüter proqramlarını yaxşı bilmək
  • Avtomobil idarəetmə bacarığı və şəxsi avtomobilinin olması
  • Fiziki cəhətdən sağlamlıq

Əmək haqqı: Müsahibə əsasında təyin olunur. 

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Təhlükəsizlik Bölmə Müdiri” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.

Elanın bitmə tarixi: 10.11.2022