Əməyin təhlükəsizliyi, ətraf mühit və keyfiyyətin idarəedilməsi sistemiləri sahəsində əsas tələb və prinsipləri (İSO 9001:2015 , İSO 45001-2018) bilməli
Müvafiq qanunvericilik aktları və normalarını bilməli
Microsoft Office proqramlarını mükəmməl bilməli
Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta üst səviyyədə bilməlidir
Vəzifə öhdəlikləri:
İstehsalatda əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi;
İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;
Yeni işə qəbul olunanlara əməyin mühafizəsi üzrə giriş təlimatlarını keçmək;
Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) qaydaları haqqında mütəmadi təlimlərin keçirmək;
Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi
İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etmək;
SƏTƏMM üzrə təlimatların işlənib hazırlanmasında iştirak etmək;
Keyfiyyətə Nəzarət Planının hazırlanması və icrasına nəzarət etmək;
Şirkətdə Keyfiyyət Sisteminin qurulmasında iştirak etmək
İş şəraiti:
Servis (nəqliyyat ) (m. Köroğlu, m. 20 yanvar iş yerinədək və geri dönməklə ) şirkət tərəfindən təşkil olunur
5 günlük iş həftəsi ( 08:00 – 17:00)
AR qanunvericiliyə uyğun rəsmiləşdirilmə
Korporativ nömrə şirkət tərəfindən təşkil olunur
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.