SMTS

Sənaye Alpinisti

900 - 1050 AZN

undefined 

Vəzifə öhdəlikləri:

  • Kəndir vasitəsi ilə yüksək hündürlüklü binada fasadların və şüşələrin təmizlənməsi;
  • Şirkətin proseduruna uyğun çalışmaq;
  • Əmək funksiyasını texniki standartlar və milli qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirmək;
  • Əmək intizamına və daxili intizam qaydalarına riayət etmək;
  • Rəhbərliyi tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək;
  • İşinə vicdanla və məsuliyyətlə yanaşmaq;
  • Təhlükəsizlik texnikasına riayət etməli. Sağlamlıq, təhlükəsizlik və ətraf mühitin qorunması standartlarının tələblərinə əməl etmək, Ətraf mühitin qorunmasına xüsusi diqqət və qənaətcil davranış (tullantıların minimum olmasını təmin etmək)

Namizədə olan tələblər:

  • Tibbi sağlam
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • “Kanatla yanaşma” sertifikatı
  • Hündürlükdə işə buraxılış haqqında vəsiqə
  • Hündürlükdə iş zamanı texniki təhlükəsilik qaydalarını bilməli
  • FMV -dən düzgün istifadə qaydası
  • Hündürlükdə işlə bağlı risklərin qiymətləndirilməsi
  • İlkin tibbi yardım qaydalarını bilməli
  • İntizamlı, dürüst, məsuliyyətli və komandada işləmək bacarığı olmalı

Digər tələb və şərtlər:

  • Yaş həddi: 25-40
  • Əmək haqqı: 900-1050 AZN nett (iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
  • İş rejimi: 6 günlük iş həftəsi
  • İş yeri: Bakı şəhəri
  • Nahar şirkət tərəfindən verilir.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində [email protected] elektron ünvanına mövzu yerinə “Sənaye alpinisti” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Elanın bitmə tarixi: 13.02.2023