Company

Mühafizə rəisi

800 - 1000 AZN

Tələblər:

  • Cins: kişi
  • Boy 180-dən yuxarı olmalı
  • Hərbi bilet mütləqdir
  • Dil biliyi: Azərbaycan, Rus dili arzuolunandır
  • İş təcrübəsi: Təhlükəsizlik xidmətinə rəhbərlik sahəsində ən azə 3 il iş təcrübəsi
  • İdarəçilik bacarığı
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti
  • Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarığı
  • Baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək bacarığı

İş barədə məlumat:

  • Xammalın, materıalın, avadanlığın və məhsulun müəssisəyə giriş-çıxışı zamanı sənədlərini
    yoxlamalı və imzaladığı hər sənədə şəxsən və şərtsiz məsuliyyət daşıyır
  • Şirkətdə istehsal olunan məhsullar qorunmalı, habelə kommersiya sirrinin qorunması naminə
    vaxtaşırı tədbirlər keçirilməlidir
  • Müəssisədə və istehsal sahələrində reydlər kecirməli və həmin yerlərin mühafizəsini təmin edə biləcək tədbirlərin görulməsi barədə təkliflər verməlidir
  • Tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü
    aparmalıdır
  • Təhlükəsizlik əməkdaşlarının gün ərzində xidməti geyimlərini, şəxsi gigiyenasını yoxlamalıdır
  • Müəssisənin mülkiyyətində və istifadəsində olan ərazinin, daşınar və daşınmaz əmlakın, habelə
    əməkdaşlarının nəzarətini təşkil etməlidir
  • Müəssisəyə buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət etməlidir
  • Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasının təmin edilməsi

İş şəraiti:

  • İş qrafiki : Həftənin 6 günü, 1 gün istirahət
  • Əmək haqqı: 800-1000Azn
  • Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
  • İş yeri: Bakı şəhəri, Sabunçu rayonu Zabrat 2 dairəsinin yaxınlığı

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Mühafizə rəisi" qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər.

 

Elanın bitmə tarixi: 22.01.2023