Buta Group
Satınalma üzrə mütəxəssis
Vakansiya haqqında:
İş yeri: Bakı, Rəşid Behbudov 71
İş saatı: Həftədə 5 gün həftəlik 40 saat olmaqla
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
Vəzifə öhdəlikləri:
Müəssisəyə lazım olan kommersiya məqsədli malların alınması, yerli və xarici müəssisələrlə kommersiya əlaqələrinin təşkili, müqavilələrin bağlanması işlərində iştirak edir;
Malların yüklənməsi, yola düşməsi tarixlərini və digər lazımi məlumatları logistika şöbəsinə təqdim edir;
Müqavilələrin müəyyən olunmuş qaydada imzalanmasını təşkilində iştirak edir;
Malgöndərənlər tərəfindən müqavilə öhdəliklərinə əməl olunması, müqavilə öhdəlikləri pozulduqda malgöndərənlərə qarşı iddiaların qaldırılması və onların vaxtında rəsmiləşdirilməsi işlərində iştirak edir;
Əməkdaşlıq olunan müəssisələrlə əlaqə saxlamalı və bütün işlərə nəzarətdə iştirak edir;
Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsini təşkil edir;
Əmək fəaliyyətinə dair müəyyən edilmiş qaydada hər gün rəhbərinə hesabat verir.
Daxili və xarici bazarları araşdırır, danışıqlar aparır, lazımi informasiyanı toplayır daha uyğun şirkətlər barəsində rəhbərliyi məlumatlandırır;
Alınacaq malların sifarişini hazırlayırlanmasında və təchizat şöbəsinin rəisinə təqdim edilməsində iştirak edir;
Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsi tələbində iştirak edir;
Sifariş olunmuş malların vəziyyəti ilə maraqlanır, onların düzgün daşınması və çatdırılması işini təşkilində və hər hansı bir maneələr olarsa rəhbərliyin məlumatlandırılmasında iştirak edir;
Müvafiq müəssisələrdən yükləmə ilə bağlı lazımi sənədləri alır və uyğun struktur bölmələrə təqdim edilməsində iştirak edir;
Yükləmədən sonra malların lazımi sertifikatlarının alınması üçün sənədlərin təqdim olunmasını və müddətlərinin izlənilməsinin təşkilində iştirak edir;
Namizədə tələblər:
Təhsili: Ali təhsil
Müvafiq sahədə ən azı 1-3 il təcrübə
Dil bilikləri: Azərbaycan, (İngilis və Rus dili arzu olunandır)
Kompüter bilikləri: Microsoft Office, Outlook
Komandada işləmək bacarığı
Operativ,işə həvəslə yanaşmalı, sahəsi üzrə araşdırmalar aparmalı, daim yeniliyə meyilli olmalı
İdarəetmə təcrübəsi, analitik düşünmə
Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq
Vakansiya ilə maraqlanan şəxslər CV-ləri [email protected] e-mail ünvanına göndərə bilər.
Elanın bitmə tarixi: 20.10.2023