Satınalma üzrə mütəxəssis

Modern Engineering Bureau of A

Satınalma üzrə mütəxəssis

undefined 

Vəzifələr: 

  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;

  • Satınalma prosesinin satınalma proseduruna uyğun olaraq, şirkət dəyərləri əsasında düzgün həyata keçirilməsi;

  • Xarici iqtisadi əlaqələrin yaradılması;

  • Tenderlər ilə işləmə, sənədləşmə işlərinin aparılması;

  • Fəaliyyət sahəsində bütün sənədlərin (uyğunluq sertifikatlarının, texniki göstəricilərin və s.) düzgün tərtibi;

  • Davamlı bazar araşdırmalarının həyata keçirilməsi və optimal həll yollarının təmin edilməsi;

  • Xarici hüquqi şəxslərlə yüksək keyfiyyətli münasibətlərin qurulması;

  • Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi.

Namizədə tələblər:

  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;

  • Rus və ingilis dillərini (oxuma, yazma, danışıq) yüksək səviyyədə bilməli;

  • MS Office proqramlarını bilməli ( 1C proqramını bilməsi üstünlük kimi qiymətləndirilir);

  • Yüksək səviyyədə internetdən istifadə və xarici bazarı təhlil etmək bacarığı

  • Tender – Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” qanunları  barədə məlumatlı olması;

  • “Supply Chain Management” sahəsini bilmək;

  • Güclü analitik düşüncə, diqqətcil, dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

  • Dürüstlük və kollektivdə işləmə bacarığı.

İş şəraiti:

  • 5 günlük iş həftəsi ( 09:30 - 18:30);

  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;

  • Əmək haqqı müsahibənin nəticəsinə görə müəyyən olunacaq.

CV-lərinizi [email protected] elektron ünvana “Satınalma üzrə mütəxəssis” başlığı ilə göndərməyiniz xahiş olunur.

Elanın bitmə tarixi: 18.11.2023