NBA Technologies International
Logistika və broker şöbəsinin müdir müavini
Namizədə dair tələblər:
Təhsil: Ali təhsil
Kompüter bilikləri: MS Office proqramları, jira və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur,
İş təcrübəsi: 2 ildən az olmayaraq iş stajı.
Analitik düşüncə qabiliyyəti və analiz etmə bacarığı.
Punktual və ünsiyyətcil olması.
Vəzifə öhdəlikləri:
Daşınmaların keyfiyyətini və yükün vaxtında verilməsini təhlil etmək;
Açılan sifarişləri (ticketləri) vaxtında və dəqiq yerinə yetirmək;
Logistikada risk menecmentini həyata keçirmək-avadanlıq, mal, xammal, material, yük, daşıyıcı məsuliyyəti üçün sığorta təmin etmək;
Bütün idxal və ixrac əməlliyatlarını icra etmək; Ölkədaxili və ölkəxarici daşınmaları həyata keçirmək;
Malların gömrükdən çıxarılması üçün lazımi sənədlərin vaxtında gömrük mütəxəssisinə ötürülməsi və iş prossesinə nəzarət edilməsi;
Mütəmadi olaraq rəhbərlik tərəfindən tələb edilən hesabatların hazırlanması; Əməliyyat xərclərinə qənaət etmək üçün ən yaxşı logistika strategiyalarını planlaşdırılması və rəhbərliyə təqdim edilməsi;
Hava yol daşınması və kuryer yükləri (ixrac və idxal əməlliyatlarında yükün izlənməsi, sənədlərin tərtib edilməsi və yoxlanılması)
Quru yol daşınması (ixrac və idxal əməlliyatlarında yükün izlənməsi, sənədlərin tərtib edilməsi və yoxlanılması)
Yeni yüklərin təsdiqedilməsi (müştəri və vendor ilə əlaqə, sənədlərin yoxlanılması); Gömrüyə lazım olan ərizələrin yazılması;
Gömrükdə (HNBGİ və BBGİ) ƏDV`nin yoxlanılması; RamalTrans (məbləğin yoxlanılması);
Vendorlar ilə mütəmadi olaraq əlaqə;
E-gov.az saytında gömrükdə olan yüklərə nəzarət;
İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
İş yerinin ünvanı: Bakı şəh., A. Quliyev küç., 1131, Babək Plaza
Əmək haqqı: təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Logistika və broker şöbəsinin müdir müavini" adını qeyd edərək [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Elanın bitmə tarixi: 30.09.2023