GM Construction

Baş təchizatçı

undefined 

Vəzifə üzrə öhdəliklər:

  • Satınalma prossesinin vaxtında, təsdiqlənmiş  prosedurlara uyğun qaydada ən əlverişli şərtlərlə icra edilməsi;

  • Şirkətin istehsalat və tikinti sahələri üçün tələb olunacaq xammal və avadanlıqların alışı, istehsalat ehtiyyatlarının hazırlanması;

  • Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;

  • Təchizatçılarla (yerli və xarici) müqavilə şərtlərinin müəyyən olunması və bağlanması, icrasının nəzarətdə saxlanılması;

  • Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlər paketinin təqdim olunması), gömrük rüsumlarının ödənilməsinə və malların anbara vaxtlı-vaxtında çatdırılmasına nəzarət edilməsi;

  • Təchizat sifarişlərinin idarə edilməsi (rotasiya, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);

  • Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatların hazırlanması;

  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili, qiymətləndirilməsi;

  • Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;

  • Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;

  • Alınmış malların qeydiyyatının 1C proqramında aparılmasına nəzarət edilməsi;

  • Minimum anbar stokunun alışlarının icrası və ehtiyat normasının təyin edilmiş miqdarda saxlanılmasının təmin edilməsi.

Tələblər:

  • Ali təhsil (Maliyyə və ya iqtisadiyyat üzrə);

  • Tikinti sferasında müvafiq vəzifə üzrə minimum 5 il iş təcrübəsi;

  • 1C və MS Office proqramlarını yüksək səviyyədə bilməli;

  • Dil bilikləri: Azərbaycan və  rus dili  mükəmməl səviyyədə, ingilis dili arzuolunandır 

  • Məsuliyyətlilik və punktuallıq;

  • Planlaşdırma, qərarvermə və problem həlletmə tezliyi;

  • Komandada işləmək bacarığı;

  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları.

Bilməlidir:

  • Təchizat və satınalma prosseslərinin ümumi prinsipləri;

  • Təchizatın planlaşdırılması və təchizatçıların düzgün qiymətləndirilməsi;

  •  Bazarın təhlili üsulları; 

  • Tender prosesinin aparılması və təşkili;

  • Beynəlxalq satınalma və logistika qaydaları;

  • Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparılması qaydaları.

İş şəraiti və təminat:

  • İş rejimi: 6 günlük (şənbə qısaldılmış iş günü);

  • Korporativ nömrə ilə təmin olunma;

  • İş yeri: Bakı şəhəri;

  • Əmək haqqı müsahibə əsasında namizəd bilik və təcrübəsinə müvafiq təyin ediləcək.

Xüsusi tələblər:

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını [email protected] elektron poçtuna göndərə bilər.Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək və elanda göstərilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. 

Digər namizədlərin CV - ləri tələblər üzrə gələcək vakansiyalarda dəyərləndirilmək məqsədilə CV bazasına əlavə edilir.

Elanın bitmə tarixi: 04.01.2024