Kontakt Home

Anbardar - Gəncə

My default image 

Vəzifə öhdəlikləri:

  • Məhsulların yük maşınlarından boşaldılması, anbara qəbul edilməsi, yerləşdirilməsi və çıxışı prosesinin təşkil olunması;

  • Anbara daxil olan yüklərin faktiki miqdarını, məhsulların vəziyyətinin yoxlanması, qablaşdırmasında zədələnmə, əzilmə halları aşkar olunduqda akt tərtib edilməsi, struktur rəhbərinin məlumatlandırılması;

  • Məhsulların xüsusiyyətindən asılı olaraq onların modellərə uyğun çeşidlənməsi və yerləşim planına uyğun olaraq yerləşdirilməsi işinin təşkil edilməsi;

  • Anbarda mütəmadi olaraq məhsulların çeşidləri üzrə inventarizasiya işinin təşkili, zərər görmüş , istifadəyə yararsız məhsulların qeydiyyatının aparılması və aktlaşdırılması;

  • Anbarda olan məhsulların təhlükəsiz saxlanılmasının təmin edilməsi;

  • Topdan və korporativ satış məhsullarının sifarişlər üzrə yığılmasının, yoxlanılması və maşına yüklənməsinin təşkil olunması;

  • Çatdırılma üçün hazır olan məhsulların sistemə daxil edilməsi və daşınması üçün logistika şöbəsi əməkdaşlarına təhvil verilməsi;

  • Region anbarlarının məhsullarla təmin olunması üçün verilən göstərişlərin təmin edilməsi

Tələblər:

  • Ali təhsil;

  • İdarəetmə;

  • Analitik düşünmə qabiliyyəti;

  • Vaxtı səmərəli idarəetmə bacarığın olması;

  • Müvafiq sahə üzrə 2 ildən çox təcrübə;

  • Microsoft Office, 1C və Mikro ERP proqramlarında işləmək bacarığın olması;

  • Dəqiqlik və məsuliyyətlilik.

İş şəraiti:

  • İş qrafiki: I-V günlər

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət üçün link: https://glorri.com/abc-telecom/62f0a7d0cdd73d0b3f8df7cc-Anbardar%20(G%C9%99nc%C9%99)?sources

Elanın bitmə tarixi: 03.01.2024