Zeytun Phamaceuticals MMC
Tibbi Nümayəndə
Ümumi tələblər:
Müvafiq sahə üzrə ali təhsil;
Minimum 1 il iş təcrübəsi;
Yaş həddi: 22-35;
MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti;
Azərbaycan dili, Rus dili səlis;
Vəzifə öhdəlikləri:
Gündəlik tibbi müəssisələr və digər potensial müştərilərin ziyarət edilməsi, yeni müştərilərin cəlb edilməsi;
Məhsulların tanıdılması, təklif olunan məhsul barədə ətraflı məlumat verilməsi, təlabat yaradılması və satışının təşkil edilməsi;
Bazar araşdırılmasının aparılması, məhsul və müştəri ilə bağlı satış məlumatlarının analizi;
Korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması, möhkəmləndirilməsi;
Şirkətin satış strategiyasına uyğun olaraq satış və müştəri bazasının formalaşdırılması;
Gündəlik, həftəlik, aylıq və illk hesabatların hazırlanması;
İş şəraiti:
İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir;
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
Elanın bitmə tarixi: 23.11.2023