Mars Overseas Baku
Feldşer - gecə növbəsi
Departament: SƏTƏM/Keyfiyyətə nəzarət
Əsas öhdəliklər:
İstehsalat zədələnmələri, zəhərlənmələr və sağlamlığın qəflətən itirilməsi zamanı ilkin tibbi yardım göstərmək
Zərurət yarandıqda tibbi yardım üçün müraciət etmiş şəxsləri aidiyyəti üzrə tibbi müalicə-profilaktika müəssisələrinə yönləndirilməsini təmin etmək
Yeni işə qəbul edilmiş işçilər üçün sağlamlıq pasportunun açılmasını, vaxtaşırı yenilənməsini və dövrü tibbi müayinələrin nəticələrinin qeyd olunmasını təmin etmək
Dövrü tibbi müayinəyə cəlb ediləcək işçilərin siyahısını (peşələr üzrə) tərtib etmək və həmin işçilərin vaxtaşırı tibbi müayinəyə cəlb olunmasını təmin etmək
Ofislərdə, yeməkxanalarda, məişət və sanitariya-gigiyena otaqlarında gigyenik şəraitə nəzarət etmək
Prosedur kabinetində tibbi və təsərrüfat ləvazimatlarını qorumaq və lazımi səviyyədə saxlamaq
İlkin tibbi yardım manipulyasiyalarını yerinə yetirmək və bu barədə işçilər üçün vaxtaşırı təlimlər təşkil etmək
Gündəlik olaraq sürücü və operatorları reysqabağı tibbi müayinədən (alkotester, qan təzyiqi, hərarət və s.) keçirtmək
Dərman preparatlarını və zəruri tibbi ləvazimatları qəbul edib, onları prosedur kabinetində düzgün saxlayıb, xəstələrə təyinata uyğun vermək
Təcili tibbi yardım şkafında, sahələrdə (bölmələrdə) və nəqliyyat vasitələrində olan təcili tibbi yardım çantalarında dərman preparatlarının mövcudluğuna və istifadə müddətlərinə nəzarət etmək
Əsas tələb:
Tibbi kollec və ya ali tibbi təhsil
Vəzifə üzrə 1-3 il təcrübə
Orta səviyyədə MS Office biliyi
Əlavə məlumatlar:
İş yeri – Sumqayıt şəhəri
Tibbi sığorta
Korporativ nömrə
Peşəkar təlimçi tərəfindən təlimlər
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Feldşer (gecə növbəsi)” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Elanın bitmə tarixi: 07.11.2023