Satış üzrə təcrübə proqramı

Auto Azerbaijan

Satış üzrə təcrübə proqramı

My default image 

 

Azərbaycanın dinamik avtomobil bazarında sahib olduğu mövqeyini hər zaman qorumağı bacaran "Auto Azərbaycan" şirkəti özünü satış sahəsində görən və gələcək karyerasını bu sahədə qurmaq istəyən gənclər üçün satış üzrə ödənişli təcrübə proqramı elan edir. 

Təcrübə zamanı siz nələr qazanacaqsız: 

Aşağıdakılardan ibarətdir, lakin yalnız onlarla məhdudlaşmır:

  • Real iş təcrübəsi 
  • Müştərilərlə birbaşa satışın təşkili 
  • Satış alətləri və satış taktikaları ilə işləmə qaydaları 
  • Azərbaycanın bazar reallığına uyğun satışı inkişaf etdirmək qabiliyyəti
  • Təqdimat və satış bacarığı
  • Proqramı uğurlu başa vurmuş yüksək performans göstərmiş təcrübəçilər şirkətimizdə iş imkanı qazanacaqlar

Təcrübə kimlər üçün nəzərdə tutulub:

  • Gənc və həvəskar olanlar
  • Satış sahəsinə marağı olan və özünü bu sahədə inkişaf etdirmək istəyənlər;
  • Avtomobil həvəskarları;
  • Sonuncu kurs və ya yeni məzun olmuş namizədlər üstünlükdür 

Tələblər:

  • Təşəbbüskar, həlledici, yaradıcı, məqsədyönlü
  • Öyrənməyə açıq olmaq
  • Komanda ilə işləməyi bacarmaq
  • Ünsiyyətcil olmaq
  • Dil bilikləri üstünlükdür (rus, ingilis)

Təcrübə üçün müraciət etmək istəyirsinizsə  CV-nizi "Satış üzrə təcrübəçi" başlığı ilə [email protected] elektron ünvanına göndərə bilərsiniz. 

Elanın bitmə tarixi: 03.03.2023