Satış üzrə Bölmə rəisi/bölgələr

Azersun Holding

Satış üzrə Bölmə rəisi/bölgələr

undefined 

 

Tələblər:

  • İqtisadiyyat sahələrində ali təhsilli olmalı
  • Qida və ya Qeyri qida satış  və idarəçilik sahəsində ən az 3 il tərcübəsi olmalıdır
  • MS Office proqramında baza bilikləri olmalı
  • B kateqoriyalı avtomobil idarə etməyi bacarmalı
  • Ünsiyyət qurmaq, inandırmaq qabiliyyəti, səlis danışma bacarığı olmalıdır
  • Liderlik qabiliyyəti olmalıdır

Vəzifə Öhdəlikləri:

  • Ərazi daxilində (ölkə daxili) müvafiq məhsulların satışının təşkil edilməsi və nəzarətinin həyata keçirilməsi.
  • Tabeçiliyində olan işçilərin iş planının və günlük proqrama uyğun olaraq çalışıb-çalışmadıqlarının kontrolu.
  • Ekspeditorlar və baş ekspeditorlar arasında hədəf bölgüsünün edilməsi və reallaşmasının kontrolu.  
  • Tabeçiliyində olan işçilərin satış hədəflərinə çatması üçün həvəsləndirmək.
  • Şəxsi performansı zəif olan işçilər ilə əraziyə çıxaraq yerindəcə lazımi yönləndirmələrin edilməsi.
  • Rəqib fəaliyyətləri haqqında təsbit edilən məlumatların dəyərləndirilməsi və müvafiq şöbələr ilə görüşərək tədbir görülməsi üçün təkliflər verilməsi.
  • Bazardakı məhsul hərəkətlərinin araşdırılması, lazımi hallarda tədbirlərin başladılması üçün rəhbərə müraciət edilməsi.
  • Müştəri üzrə məhsul penetrasiyasının aylıq kontrolu lazım olduqda raport vermək.
  • Tabeçiliyində olan işçilərin fəaliyyətlərinin yaxından kontrol edilməsi, onların performansına uyğun olaraq mükafatlandırma və ya tənbeh prosedurlarının həyata keçirilməsi.
  • Satış nöqtələrinin ziyarət edilməsi və təsbit edilən problemlərin həll edilməsi.  
  • Müştərilər üzrə aylara görə müqayisəli satış hesabatlarının hazırlanması və analiz edilməsi.
  • Ekspeditorların ziyarət və satış uğuru faizlərinin həftəlik olaraq kontrolu.
  • Satışların artması və ya azalması halında analizlər edilərək lazımi tədbirlərin görülməsi.  
  • Müqayisəli satış və pazar payı hesabatlarının yoxlanılması. Yeni məhsulların ən qısa zamanda hədəflənən bütün satış nöqtələrinə penetrasiyasının təşkili.  
  • Yeni işçilərin şirkət prosedurlarına uyğun olaraq həm bazarda, həm də ofis daxilində tədrisinin təşkili.
  • Ekspeditorlar və baş ekspeditorlar üzrə ərazi bölgüsünün edilməsi, lazımi hallarda ərazi məlumatlarına dəyişiklik edilməsi.
  • İşçilərin geyim qaydalarına və işə davamiyyətinə nəzarət etmək.
  • İşçilərin işlərinin, nizam-intizamının, bazara çıxış və geri dönüşünün, həmçinin zamanlarının səmərəli istifadə etmələrini kontrol etmək.  
  • Müştəri borclarını mühasibatlıq məlumatları ilə qarşılaşdırıb kontrol edilməsi. Hər 3 aydan bir bütün borcların rəsmi olaraq üzləşməsini etmək. Müştərilərdəki borcların alınması

İş şəraiti:

  • İş qrafiki: həftə içi 5 gün

İş yeri:

  • Lənkəran (Lənkəran, Masalli, Cəlilabad rayonlarında yaşayan namizədlər)
  • Gəncə (Gəncə, Yevlax, Mingeçevir şəhərlərində yaşayan namizədlər)
  • Xaçmaz (Xacmaz, Quba rayonlarında yaşayan namizədlər)

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Satış Bölmə Rəisi (Bölgələr)” qeyd etməyiniz xahiş olunur.

Elanın bitmə tarixi: 30.04.2023