Satış üzrə assistent/Naxçıvan

PASHA Insurance

Satış üzrə assistent/Naxçıvan

undefined 

 

Vəzifə və Öhdəliklər:

  • Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi
  • Şirkətə müraciət edən müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsi
  • Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət edilməsi, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanın Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim edilməsi
  • Zərurət yarandığı halda sığorta obyektlərinə baxışın həyata keçirilməsi
  • Fərdi və bank müştərilərinə xidmət edilməsi, müştəri tələbatına uyğun olaraq növbətçi olduğu zaman müvafiq sığorta növləri üzrə şəhadətnamələrin yazılması
  • Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edilməsi və şəhadətnamələrin yenilənməsinin təmin edilməsi
  • Şirkətin əməkdaşlıq etdiyi partnyorların (agentlərin) maddi-texniki təminatına dəstək göstərilməsi

Biliklər:

  • Ali təhsil -  Biznes və ya Marketinq sahəsində təhsilə üstünlük verilir
  • Dil bilikləri: Azərbaycan dilini sərbəst bilmək

Təcrübə:

  • Müvafiq iş təcrübəsinin olmasına üstünlük verilir

Bacarıqlar:

  • Ünsiyyət qurmaq bacarığı
  • Dəqiqlik
  • Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
  • Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
  • Komanda ilə işləmək bacarığı
  • Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı

Son müraciət tarixi: 28 fevral 2023

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] elektron ünvanına göndərin. 

Elanın bitmə tarixi: 28.02.2023