Satış təmsilçisi (Spirtli və Spirtsiz içkilərin satışı HORECA üzrə)

Sirab ASC

Satış təmsilçisi (Spirtli və Spirtsiz içkilərin satışı HORECA üzrə)

undefined 

 

Əsas tələblər:

  • Minimum təhsil dərəcəsi: Orta-ixtisas
  • Komputer bilikləri: MS Office – Başlanğıc səviyyədə;
  • Dil bilikləri: Azərbaycan dili – Əla
  • Yaş həddi: 22 – 30;
  • Kişi namizədlər üçün B kateqoriyalı sürücülük vəsiqəsinin olması və şəxsi avtomobilin olması  mütləqdir;
  • Təcrübə: Sürətli İstehlak sektorunda (əsasən su və spirtli içkilər üzrə) minimum 1 il satış təcrübəsi;
  • Satış sahəsində karyera qurmağı hədəf seçən.

Fərdi keyfiyyət göstəriciləri:

  • Qərarlı, müştəri yönümlü, diqqətcil və rəqabəti bacaran;
  • Komanda ilə işləmə bacarığı;
  • Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
  • Planlaşdırma və problem həll etmə bacarığı;
  • İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil və inandırmaq qabiliyyəti yüksək;

İş barədə: 

  • Firma ilə satış nöqtələri arasında məhsul və xidmət dövriyyəsini təmin edib, təmsil etdiyi şirkətin məhsul və xidmətlərini ən yaxşı şəkildə tanıtmaq və satışını aparmaq;
  • Müəyyən edilən rut planı üzərində müştəri ziyarətləri edərək, büdcəsindəki hədəflər istiqamətində sifarişləri almaq;
  • Sifariş zamanı ödəmə şəklini müəyyən edərək, ödənişləri əldə etmək;
  • Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
  • Yeni məhsulları tanıtmaq;
  • Müştəriyə verilən qurğu və avadanlıqların (Stend, soyuducu və s. satış artırıcı avadanlıqlar) uyğun şəkildə istifadə edilməsini təmin etmək;
  • Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişləri həyata keçirmək;
  • Müştəri qalıq (stok) hərəkəti tarazlığını nəzərdə tutulan səviyyədə idarə etmək.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Fix və Satışa görə bonus;
  • Yemək pulu və yanacaq pulu şirkət tərəfindən;
  • Korporativ telefon nömrəsi və danışıq paketi;
  • İş qrafiki: 6 günlük iş həftəsi, bazar günü istirahət;
  • İşə ərazidə başlanılır ofisə yalınız iclaslarda gəlinəcəkdir.

İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı).

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Satış təmsilçisi” yazmaqla [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Elanın bitmə tarixi: 08.10.2022