Minor Electronics

Satış nümayəndəsi

undefined 

 

İş barədə məlumat:

  • Bakı (Xırdalan), Bərdə, Ağdaş və Mingəçevir filialları üzrə satış nümayəndəsi tələb olunur.
  • Mağaza məhsullarının satışını həyata keçirmək
  • Mağaza qaydalarına əməl etmək.
  •  Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməklik göstərmək çeşidləri təqdim etmək
  •  Məhsulları təmiz və səliqəli şəkildə vitrinə yığılması, qiymət etiketlərinə, bölmələrə nəzarət
  • Mağazaya daxil olan məhsulların qəbulunda iştirak etmək, satışa hazırlamaq
  • Satış texnikasının üslublarından effektiv istifadə etmək
  • Müştəri məmnuniyyətinin təmin etmək

Şirkətimizin üstünlükləri:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş rejimi:6  günlük iş qrafiki
  • Əmək haqqı: Yüksək və satışdan bonus

Namizəd üçün tələblər:

  • Yaş həddi 20-35
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı (Rus dilini bilmək arzu olunandır)
  • AR üzrə rəsmi sənədləşmə
  • İş təcrübəsi: Elektronika və məişət malların satışı üzrə ən az 1 il  təcrübəsi olan şəxslərə üstünlük veriləcəkdir
  • Komandada işləmək bacarığı
  •  Satış prinsipləri, müştəri xidməti standartları barədə biliklər
  • Pozitiv, müştəriyönümlü, ünsiyyətcil, intizamlı, nitq mədəniyyəti, yüksək təqdimat bacarığı, şəxsi inkişafa meylli, nəticə üçün işləmək bacarığı
  • İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olan

Şirkətimiz haqqında məlumat: 

 “Minor Electronics” MMC  2017-ci ildən bu günə kimi müştəriləri üçün hədsiz imkanlar yaratmaqla onlara hər zaman keyfiyyətli məhsullar təqdim etməklə yerli bazarda fəaliyyət göstərən şirkətdir. Əsas hədəfimiz ilk növbədə müştəri məmnuniyyətini qoruyub saxlamaq və müştərilərimizi daha keyfiyyətli məhsullarla təmin etməkdir.

Mağazalarımızda müxtəlif rəqəmsal texnikanın geniş çeşidi: mobil və dekt telefonlar, televizorlar, planşetlər, kompüter və ofis texnikası, fotoaparatlar, videokameralar, audio və video texnikalar var. Böyük və kiçik məişət texnikalarından – soyuducu, paltaryuyan, qabyuyan, kondisioner, aspirator, sobalar, müxtəlif isidicilər, hər növ mətbəx texnikaları təqdim olunur. Satışda həmçinin idman sağlamlıq və əyləncə həvəskarları üçün Giroskuterlər də təklif olunur.

Qeyd: Müvafiq tələblərə uyğun olan CV-lərinizi mövzu yerinə “satış nümayəndəsi” yazaraq [email protected] mail ünvanına göndərə bilərsiniz.

Əlaqə nömrəsi: 070-255-09-20

Ünvan: Bakı şəhəri Avesta Konsern 10-cu mərtəbə Məmməd Araz küç 109.

Elanın bitmə tarixi: 10.04.2023