Novator HRC

Satış nümayəndəsi

500 - 1000 AZN

My default image 

 

İş barədə məlumat:

  • Otel, restoran, ketrinq firmaları, xəstəxana, iş mərkəzləri, ticarət mərkəzləri və s. obyektlərə peşəkar yuyucu vasitələr, təmizlik maşınları və digər təmizlik avadanlıqlarının tanıtımını və aktiv satışını həyata keçirmək;
  • Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, təyin edilmiş hədəflərə çatmaq;
  • Müştərilərlə düzgün ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verməsi;
  • Mövcud müştəri bazasının inkişaf etdirilməsi və möhkəmləndirilməsi;
  • Məhsul və xidmətləri müştərilərə tanıtmaq;
  • Satışın stimullaşdırılması üçün təkliflər vermək;
  • Potensial müştəriləri müəyyənləşdirmək və onlarla əlaqə yaratmaq;
  • Müştəri bazasını artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • Yanacaq və amartizasiya xərcləri qarşılanacaq;
  • Əmək haqqı 500-1000 azn ;

Namizədə tələblər:

  • Şəxsi avtomobil mütləq olmalıdır;
  • Sürücülük vəsiqəsi;
  • Ali təhsil;
  • Yaş həddi 25-40 arası;
  • Azərbaycan dilini səlis bilməli (rus dili arzuolunandır);
  • Komandada və stres altında işləmək bacarığı;
  • Microsoft Office (xüsusən Word, Excel və Outlook) proqramlarında işləmək bacarığı;
  • Ünsiyyətcil və inandırma bacarığı;
  • Öz üzərində işləyən, inkişafa meyilli;
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
  • Satış analizini aparmaq bacarığı;
  • Vaxtın səmərəli idarə olunması bacarığı;
  • Bakı şəhərində qeydiyyatda olmalı;
  • Satış (xüsusilə HoReCa) sahəsində təcrübə;

Ünvan: Nəsimi rayonu , Abbas Səhhət küç.40

Tələblərə uyğun namizədlər mövzu yerində “satış nümayəndəsi” yazmaqla öz CV-lərini [email protected] göndərə bilərlər.

Elanın bitmə tarixi: 22.03.2023