PASHA Insurance
Satış kanallarının idarəolunması üzrə ekspert
Vəzifə və öhdəliklər:
Mövcud müştəri bazasının artırılması və satış həcminin genişləndirilməsi məqsədi ilə fərdi və korporativ könüllü tibbi sığorta üzrə məhsulların və xidmətlərin inkişafı istiqamətində satış komandasına dəstəyin göstərilməsi,
Cari satış proseslərin təhlil edilməsi və inkişaf edilməli sahələrinin müəyyən edilməsi,
Mövcud satış kanallarının inkişaf etdirilməsi istiqamətində işlərin müəyyən edib könüllü tibbi sığorta məhsullarının həmin kanallar üzərindən satışın həyata keçirilməsində dəstəyin göstərilməsi,
Könüllü tibbi sığorta məhsullarının yeni satış kanallarının müəyyən edilməsi və həmin kanallar üzrə satış prosesinin təşkil olunması,
Təkmilləşdirilmiş satış proseslərinin dizayn edilməsi, komanda və mərkəzi təşkilat daxilində maraqlı tərəflərlə uyğunlaşdırılması;
Cari məhsulların, onların paketləri və üstünlüklərin satış strategiyasının müəyyən edilməsi;
Çarpaz- satış imkanlarının inkişaf etdirilməsi;
Rüblük məqsədlərə və əsas nəticələrə çatmaq məqsədilə yeni satış kanallarının, əməkdaşlıqların yaradılması və mövcud olanların inkişaf etdirilməsi;
Satış nümayəndələrinə və kanal tərəfdaşlarına dəstək göstərilməsi;
Şirkətin siyasət və prosedurlarına uyğunluğunun təmin edilməsi;
Mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi və yaxşılaşdırılması, potensial müştərilər arasında şirkətin məhsullarını və xidmətlərinin yayılması.
Biliklər:
Biznes və ya marketinq sahəsində ali təhsil;
Dil bilikləri: Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazmaq, yaxşı səviyyədə rus dili biliklərinin olması üstünlükdür;
Microsoft Office (Outlook, Word, Excel, Powerpoint və s.) bilikləri.
Təcrübə:
B2B istiqaməti üzrə azı 2 il iş təcrübəsinin olması.
Bacarıqlar:
Təşəbbüskarlıq
Ünsiyyət qurmaq bacarığı
Çalışqan olmaq
Öhdəliklərinə məsuliyyətli olmaq
Dəqiqlik
Fikirlərini aydın izah edə bilmək
İşgüzar məktubları yüksək səviyyədə tərtib edə bilmək
Yaranmış vəziyyətlərə çevik reaksiya vermək
Problemli vəziyyəti həll etmək
Komandada işləmək
Təklif olunan məhsulun satışını təmin etmək bacarıqları
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə [email protected] e-mail ünvanına CV-nizi göndərin.
Elanın bitmə tarixi: 15.10.2023