Satış Analizi üzrə Aparıcı Mütəxəssis

Azersun Holding

Satış Analizi üzrə Aparıcı Mütəxəssis

undefined 

Tələblər:

  • İqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil;
  • Analitika sahəsində 1-2 il iş tərcübəsi olmalı, Satışın analizi sahəsində praktika üstünlükdür;
  • Rus və ya ingilis dili bilikləri, hər ikisi üstünlükdür;
  • Yüksək səviyyədə Excel biliki mütləqdir;
  • SAP, Unity, OPN, YSP, Analyzer, E-Client proqramları haqqında biliklər üstünlükdür;
  • Lazım olduqda bölgələrə ezamiyyətə gedə bilməli;
  • Komanda və fərdi şəkildə çalışmağı bacarmalı.

Vəzifə öhdəlikləri:

  • Ekspeditorların əl terminalından daxil etdikləri iadələrdə kompaniyalı və endirimli məhsulların olub-olmadığını kontrol etmək. Olduqda, daxil etdikləri iadə sifarişlərində hər hansı dəyişikliyə ehtiyyac varsa müdaxilə edərək lazımi düzəlişlər etmək (sifarişi ləğv etmək, miqdarı dəyişmək, endirimi kontrol etmək və s.);
  • Ekspeditorlara həm ərazidə olduqlarında telefonla, həm də ofisə döndükdə - müştəri hesabları, çıxarışları, stoklar, terminallara yeni tanıdılan məhsullar, daxilolmalar, kompaniyalar, terminaldakı problemlər, satışlarla bağlı lazımi dəstəyi vermək;
  • Yeni məhsulların təqibini aparmaq.Satışa təqdim edilən yeni məhsulların tanıdılması üçün lazımi məlumatları toplayaraq müştərilərə ünvanlamaq. Yeni müştəri kartlarını açmaq;
  • Müştərilərin köçürdüyü ödəmələri vergi adına görə təyin etmək və müvafiq hesablardan düşülməsi;
  • Gündəlik borc alacaq raportlarını hazırlamaq;
  • Gündəlik limit aşma raportlarını hazırlamaq;
  • Həftəlik raportların hazırlanması (Yeni məhsulların penetrasiya raportu, müştərilərin hədəf və satışlarının çəkilməsi, satış müdiri/ekspeditorların iadə və satış vəziyyəti raportları);
  • İllərə görə müştəri satışları (əvvəlki illər ilə müqayisə raportları) raportlarını hazırlamaq;
  • Müştəri və məhsullar üzrə satış raportlarını hazırlamaq;
  • Promosion raportlarını təqdim etmək (gündəlik bantlama raportları və s.);
  • İadə raportlarını təqdim etmək;
  • Açıq sifarişlərin raportlarını çəkib incələmək.(təqib etmək);
  • Qiymətlərin yayımlanması (yeni və ya köhnə məhsulların qiymət dəyişikliyi haqqında müştərilərə və müvafiq şəxslərə məlumat vermək);
  • Bölməyə ehtiyac olan ləvazimatların aylıq tələbini keçmək;
  • Müştəri çıxarışları (müştərilərə ekstralarını bildirmək);
  • Barkodları problem olan məhsulların həll olunması;
  • Gündəlik rəhbərlərin hesabatlarla bağlı ehtiyaclarını qarşılamaq. Gündəlik müdirlərin tapşırıqlarını yerinə yetirmək;
  • Kompaniyaları hədəf üzrə bölmək, vitrin tərtibatı nəzarətçiləri və vitrin tərtibatçılarının hədəf raportlarını çəkmək;
  • Müştərilərin e-mail`lərinə və zənglərinə cavab vermək (sorğulara cavab vermək, digər məsələlərin həlli).

İş şəraiti:

  • İş qrafiki: həftə içi 5 gün

İş yeri:

  • Baş Ofis (Bakı)

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Satış Analizi üzrə Aparıcı Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

Elanın bitmə tarixi: 15.03.2023