Optika üzrə satış mütəxəssisi

AVİS Tibbi Marketlər Şəbəkəsi

Optika üzrə satış mütəxəssisi

500 - 600 AZN

undefined 

 

AVİS Tibbi Marketlər Şəbəkəsi qurulduğu 1998-ci ildən etibarən Azərbaycanda müasir, dünya standartlarına uyğun əczaçılıq sisteminin qurulmasında mühüm rol oynayıb. Bu sektorda dünyada və Türkiyədə baş verən innovativ yeniliklərin Azərbaycan əczaçılıq bazarına tətbiq edilməsində AVİS Tibbi Marketlər Şəbəkəsinin rolu danılmazdır. Həmçinin, fəaliyyətdə olduğu müddətdə, eyni zamanda yüzlərlə praktik cəhətdən təcrübəli əczaçı yetişdirilməsində əvəzsiz fəaliyyəti olub.
AVİS Tibbi Marketlər Şəbəkəsinin fəaliyyəti pərakəndə əczaçılıq sektorunda birbaşa müştəriyə xitab edir. Daim yüksək keyfiyyətli məhsul və xidmətlərə üstünlük verən şirkətimiz əsasən 4 istiqamətdə fəaliyyət gostərir:

- Aptek
- Tibbi market
- Optika
- Eşitmə Mərkəzi

İş barədə məlumat:

  • İş funksiyaları : Optik məhsullar üzrə konsultasiya və satış proseslərinin yerinə yetirilməsi
  • İş rejimi : tam iş qrafiki
  • İstirahət günü : Həftədə 1 gün
  • İş yeri : Park Bulvar Ticarət mərkəzi

Qeyd : Karyerada irəliləyiş və maaşda artım intervalı tətbiq olunur.İşçi təlim müddətində də əməkhaqqı ilə təmin olunur.

Vəzifə öhdəliyi:

  • Filiallar arası və müştəri ünvanlarına tələb olunan məhsulların çatdırılması və təhvil verilməsi
  • Filial daxilində inzibati xarakterli işlərin görülməsi (alış-veriş, təmizliyə nəzarət)
  • İş rejimi : tam iş qrafiki (6 gün)
  • İstirahət günü : Həftədə 1 gün

Qeyd : Karyera üzrə iləriləmə və əməkhaqqı məbləğində artım imkanları mövcuddur.

Namizədə tələblər

  • Ali təhsil
  • Nitq bacarığının yüksək səviyyədə olması və xarici dil bilikləri (rus dili bilməsi namizəd üçün üstünlük hesab olunur)
  • Sürətli mənimsəmə bacarığı və öyrənməyə, araşdırmaya meylli xsusiyyətlərinin olmasi
  • Ünsiyyət və satış bacarıqları üzrə potensial

Qeyd : Bu sahədə iş təcrübəsi arzu olunandır. İş təcrübəsi olmayan namizədlər isə işə qəbuldan sonra təlim proqramından keçirlər

Maraqlanan namizədlər cv formlarını "Optika mütəxəssisi" başlığı ilə [email protected] ünvanına göndərə bilərlər.

 

 

 

Elanın bitmə tarixi: 21.01.2023