Korporativ satış üzrə mütəxəssis

General Supply

Korporativ satış üzrə mütəxəssis

600 - 700 AZN

undefined 

Əsas vəzifə və öhdəliklər:

  • Yeni  müştərilərin cəlb edilməsi,potensial müştərilərin axtarışı; 
  • Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
  • Müştərilər ilə görüşmələr və təqdimatların keçirilməsi;
  • Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması;
  • Mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq satış sənədlərinin hazırlanması;
  • Satış prosesinin planlaşdırılması və təşkil edilməsi;
  • Müştəridən daxil olan sorğuların / sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili;
  • Satınalınacaq məhsulların qiymətlərinin formalaşdırılması;
  • Təkliflərin izlənilməsi və müştəri ilə razılaşdırılması;
  • Müştəri sorğuları əsasında kommersiya təklifinin hazırlanması; 
  • Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq aylıq, rüblük və illik hesabatların verilməsi;
  • Müştəri ilə qarşılıqlı əlaqələrin qurulması, şikayətlərin idarə edilməsi;
  • Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması;

Namizədə qarşı tələblər:

  • Ali təhsil (iqtisadiyyat, marketinq, kommeriya istiqamətləri üzrə)
  • Korporativ satış sahəsində 2 illik iş təcrübəsi (inşaat materialları, əl alətləri, fərdi mühafizə vasitələrinin və ya bənzər məhsulların satışı sahəsində)
  • Azərbaycan, Rus və ya İngilis dillərini bilmək;
  • MS Office proqramların proqramları ilə işləmə qabiliyyəti
  • Ünsiyyətcil, işə məsuliyyətli yanaşma, müştərilərlə qarşı xoş rəftar
  • Təqdimat edə bilmə və inandırmaq bacarığı

Təminatlar:

  • Korporativ nömrə
  • Tibbi siğorta
  • Biznes görüşlərdə iştirak etmək üçün nəqliyyat xidməti
  • Əmək haqqı: 600-700 AZN + bonus

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzü hissəsində Korporativ satış üzrə mütəxəssis yazmaqla [email protected] elektron ünvanına göndərə bilərlər.

Elanın bitmə tarixi: 03.12.2022