Korporativ satış şöbəsinə kiçik mütəxəssis/mütəxəssis

Xalq Həyat Sığorta Şirkəti ASC

Korporativ satış şöbəsinə kiçik mütəxəssis/mütəxəssis

My default image 

Öhdəliklər:

  • Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
  • Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
  • Sığorta qaydaları haqqında müştərin dəqiq məlumat almasında ona köməklik göstərmək;
  • Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək ;
  • Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq.
  • İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək .

Tələblər:

  • Ali  təhsil;
  • MS Office  proqramlarında işləmək bacarığı;
  • Sığorta sahəsində minimum 2 il iş təcrübəsi (satış üzrə);
  • Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti ( ingilis dili arzu olunandır).

        İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

        Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.

CV-lərinizi, mövzu hissəsində “Korporativ satış şöbəsinə kiçik mütəxəssis/mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.