Korporativ Satış Meneceri (konsaltinq)

BSC MMC

Korporativ Satış Meneceri (konsaltinq)

1500 - 1500 AZN

My default image 

Vəzifə öhdəlikləri:

  • Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması;
  • Yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
  • Müştəri Bazasının formalaşdırılması;
  • Xüsusi müştəri şəbəkəsinin yaradılması və inkişaf etdirilməsi;
  • Şirkət tərəfindən müəyyən edilmiş satış planının həyata keçirirlməsi;
  • Şirkətin satış həcminin artırılmasına dəstək;
  • Korporativ müştərilər ilə mütəmadi görüşlərin keçirilməsi;
  • B2B görüşlərin keçirilməsi;
  • Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması;
  • Mövcud müştəri əlaqələrinin idarə edilməsi;
  • İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı;
  • Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Korporativ satış sahəsində iş təcrübəsi;
  • Yaş həddi - 25-45;
  • Azərbaycan, rus dillərini mükəmməl səviyyədə bilməli, ingilis dili üstünlük;
  • MS Office proqramlarını yüksək səviyyədə bilməli;
  • İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitik bacarığı;
  • Təqdimat hazırlama və təqdimat keçirmək, müxtəlif dövrlər (günlük, həftəlik, aylıq,    rüblük, illik) hesabatların aparılması;
  • Müştəriyönümlü satış  etmək bacarığının olması;
  • Nəticə yönümlülük;
  • İşi planlamaq bacarığı;
  • Müştərinin etibarını qazanmaq qabiliyyəti;                     
  • Danışıqların idarə etmə qabiliyyəti;
  • Xoş görünüşlü və ünsiyyətcil;
  • Liderlik keyfiyyətlərinə malik olmalı;
  • Korporativ idarəetmənin prinsiplərini bilməli.

Bizim təminatımız:

  • Peşəkar, mehriban komandada iş
  • Kreativ iş şəraiti
  • Professional və maddi artım üçün perspektiv
  • Əmək haqqı 1500 AZN + Bonus

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “Korporativ satış meneceri” qeyd etməklə göndərmələri xahiş olunur.

Elanın bitmə tarixi: 29.09.2023