Korporativ satış meneceri

İnci Group of Companies

Korporativ satış meneceri

undefined 

İş barədə məlumat:

  • Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması
  • İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı
  • Tenderlərin izlənilməsi və uyğun tenderə qoşulmanın təminatı
  • Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı
  • Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi
  • Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması
  • Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə bildirilməsi
  • Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi
  • Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması
  • Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi
  • Müştəridən sifarişlərin qəbul olunması və sifarişlər üzrə mütəxəssisə ötürülməsi
  • Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması
  • Əmək haqqı fiks və bonuslardan ibarətdir.
  • AR qanunvericiliyinə əsasən sənədləşmə;
  • Telefon danışıq haqqının verilməsi

Namizədə tələblər:

  • Korporativ satış sahəsində 2 illik iş təcrübəsinin olması
  • Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərini, texnikalarını bilməli
  • Dillər : Azərbaycan dili, Rus dili arzu olunandır
  • Ofis proqramlarını bilmək
  • Ünsiyyət qurmaq bacarığı
  • Kollektivdə işləmək bacarığı
  • Sürətli öyrənən, nizam-intizamlı, enerjili, detallara diqqətcil
  • Şəxsi avtomobilin olması üstünlükdür.
  • Müştəri bazası olan namizədlərə üstünlük veriləcəkdir.

Müraciət etmək istəyən şəxslər öz CV formalarını mail ünvanına vakansiyanın başlığını “Korporativ Satış üzrə menecer” olaraq qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər.

Elanın bitmə tarixi: 05.11.2022