Korporativ Satış Meneceri

Portal Games

Korporativ Satış Meneceri

undefined 

 

Şirkət haqqında:

  • Portal Games real heyatda real oyunlardır.
  • 2015 il aprelin 12-si Portal Games komandası ilk filialinı “Ayna Sultanova”-da, eyni zamanda iki oyunla açmışdı.
  • 2022-ci ildə 10 filial olmaqla 26 oyunumuz fəaliyyat göstərir.
  • Oyunların məqsədi – müəyyən vaxt ərzində (40 – 120 dəq.), işarələrdən istifadə edərək tapmacaları tapmaq və missiyanı yerinə yetirərək otağı tərk etməkdir.
  • Portal Games bəziləri üçün bir macəradır digərləri üçün isə, öz intellektual imkanlarını yoxlamaq üçün bir yoldur və yaxın insanlarla vaxt keçirtmək üçün fürsətdir.

Vəzifə öhdəlikləri:

  • Korporativ satış planının hazırlanması və plan əsasında işlərin yerinə yetirilməsi;
  • Yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
  • Portal Games-in müştəri bazasının artırılması;
  • Gündəlik, həftəlik və aylıq satışın analizinin aparılması və hesabatın hazırlanıb rəhbərliyə təqdim edilməsi;
  • Rəhbərliyin verdiyi tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi.

Namizəd üçün tələblər:

  • Korporativ satış üzrə minimum 1 il iş təcrubəsi;
  • Yaş: 20-35
  • Dil bilikləri: Azərbaycan və rus dilləri əla səviyyədə bilməlidir;
  • Biznes danışıqları aparmaq və təqdimat bacarığı;
  • Aktiv şəkildə yeni müştəri axtarmaq;
  • Yaradıcı və yenilikçi olmaq.

İş barədə məlumat:

  • Şəhərin mərkəzində ofis
  • İş rejimi: həftənin 5 günü 11:00-19:00; 6-cı gün 11:00-15:00 (qısa iş günü).
  • İstirahət: Bazar günü.
  • Əmək haqqı: Müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.

Yalnız, qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Korporativ Satış Meneceri” qeyd etməklə CV-lərini [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Elanın bitmə tarixi: 09.10.2022