Ferrum Capital
Birbaşa satış üzrə mütəxəssis - Direct Marketing
600 AZN
Hansı özəlliklərə malik olmalıdır?
Ali təhsil;
21-35 yaş aralığı;
Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür);
Komanda ilə işləməyi bacarmaq, işinə həvəsli və özünü təkmilləşdirməyə meyilli olmaq;
Ünsiyyət və inandırma bacarığının olması;
Analitik düşünmək, detallara diqqətlilik;
Hədəf yönümlü olmaq;
Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq;
Satış sahəsi üzrə təcrübə arzuolunandır.
Birbaşa satış üzrə mütəxəssis (Direct Marketing) nə iş görür?
Şirkət tələblərinə uyğun olan müştərilərin cəlb edilməsinin təmin edilməsi;
Direkt marketinq işinin təşkili;
Müştərilərə faktorinq xidmətlərinin təklifi;
Müştərinin maliyyə analizinin həyata keçirilməsi;
Qoyulmuş hədəflərin icrası və satış həcminin artırılması;
Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ yerinə yetirilməsi;
Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması.
Əlavə məlumat:
5 günlük iş qrafiki: 09:30 – 18:30
Əmək haqqı: NET 600 AZN + bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Birbaşa satış üzrə mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Elanın bitmə tarixi: 18.11.2023