Music Gallery
Alternativ satış kanalları üzrə kiçik mütəxəssis
345 AZN
Namizədə tələblər:
Ali təhsil;
21-29 yaş aralığında gənclər;
Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür);
Komanda ilə işləməyi bacarmaq, işinə həvəsli və özünü təkmilləşdirməyə meyilli olmaq;
Ünsiyyət və inandırma bacarığının olması;
Hədəf yönümlü olmaq;
Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq.
Alternativ satış kanalları üzrə kiçik mütəxəssis nə iş görür?
Müştəri müraciətlərinin cavablandırılması və bazaya işlənməsi;
Qoyulmuş satış hədəfləri çərçivəsində şirkətin mövcud məhsul və xidmətlərinin satışını həyata keçirmək, müştəri ehtiyaclarını müəyyənləşdirmək;
Müştərinin tələb və ehtiyaclarının komanda daxilində digər bölmələrə ötürülməsini təmin etmək və yeni təkliflər yaratmaq;
Satış hədəflərinin həyata keçirilməsi.
Əlavə məlumat:
5 günlük iş qrafiki: 09:30 – 18:30
Əmək haqqı: 345 AZN (Gross) + Bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Alternativ satış kanalları üzrə kiçik mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Elanın bitmə tarixi: 26.10.2023