Domino`s Pizza Azerbaijan

Restoran müdiri

 undefined 

Əsas vəzifə və öhdəliklər:

  • Məsul olduğu şöbə üçün nəzərdə tutulan satış, gəlirlilik, qida, əmək və OER hədəflərinə çatılması mövzusunda lazımlı fəaliyyətlər planlayıb həyata keçirilməsini təmin etməli,
  • İdeal personal sayını qorumalı, 
  • İşçilərin qanunlara, qaydalara, işçi sağlamlığı və iş təhlükəsizliyi müddəalarına uyğun hərəkət etmələrini təmin etməli,
  • Digər şöbələr və rəhbərliklə bağlı həftəlik, aylıq hesabatları düzgün və vaxtında icra etməli,

Namizədə dair tələblər:

  • Ali Təhsil
  • Ən azı 3 illik Restoran İdarəetmə təcrübəsinə sahib olmalı,(Qida sektoru,Fast-Food )
  • Xərclərə nəzarət, hesabat və təhlil bacarığı;
  • Yüksək liderlik keyfiyyəti, komanda idarəetmə bacarığı,
  • Komanda işinə meyilli, hədəfyönümlü və bu komanda ilə irəliləməyi bacaran,
  • Marka dəyərini dəqiq təmsil edə bilən və bu dəyəri komanda ilə göstərə bilən,
  • Müştəri məmnuniyyətinə üstünlük verən,
  • Güclü planlaşdırma bacarığına malik, təşəbbüs göstərməyə və strateji düşünməyə qadir,
  • Effektiv ünsiyyət tərzinə sahib olan, xarici görünüşünə diqqət yetirən,
  • Gərgin iş qrafiki, növbə sistemi və çevik iş saatları ilə ayaqlaşa bilən,
  • Effektiv dil bilgiləri (Azərbaycan və İngilis dili əla səviyyədə olmalıdır; orta səviyyəli rus dili üstünlükdür) ;
  • Microsoft Office proqramlarında işləmə bacarığı;

İş şərtləri:

  • İş vaxtı :  Altı günlük iş həftəsi, Növbəli qrafik
  • Əmək haqqı yüksəkdir və namizədin peşəkar təcrübə, bilik, bacarıqları əsasında təyin edilir;
  • Korporativ nömrə və nahar şirkət tərəfindən təmin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Restoran müdiri” qeyd edərək [email protected] ünvanına göndərməkləri  xahiş olunur. 

Qeyd:  Vakansiyaya uyğun olmayan CV –lərə baxılmayacaq.