CoffeeLea

Aşpaz köməkçisi

undefined 

“LEA” MMC “CofeeLea” coffeeshoplar şəbəkəsi  Sumqayıt şəhərində yeni açılan filialına Aşpaz köməkçisi vakansiyasını elan edir:

İŞ BARƏDƏ MƏLUMAT:

  • Menyudakı yeməkləri reseptlərə uyğun olaraq hazırlamaq;
  • Yemək keyfiyyətini və qonaqların razılıq səviyyəsini artırmaq;
  • Təsdiqlənmiş menyuya əsasən personal üçün yeməkləri hazırlamaq;
  • İş yerinin və iş avadanlığının təmizliyini təmin etmək;
  • İş yerində təhlükəsizlik, sağlamlıq və qida gigiyenası standartlarına riayət edilməsinə dəstək olmaq;
  • Vəzifəsinin icrası ilə əlaqədar rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

NAMİZƏDƏ TƏLƏBLƏR:

  • Səliqəli və təmizkar olmaq;
  • Komandada işləməyi bacarmaq;
  • Öyrənmə və özünü inkişaf etdirməyə açıq və istəkli olmaq;
  • İş təcrübəsi arzuolunandır.

BİZ SİZƏ NƏ TƏKLİF EDİRİK:

  • Əmək haqqı + müxtəlif bonuslar;
  • Şirkət tərəfindən naharla təmin olunma;
  • Dəyişən iş qrafiki;
  • Həftədə bir gün istirahət günü;
  • Gənc və dinamik kollektivdə işləmək fürsəti;
  • Təlim, treninq və master-klaslarda iştirak etmə fürsəti;
  • Karyera inkişafı fürsəti.

Maraqlanan namizədlərin öz CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur. Mövzu yerində “aşpaz köməkçisi (Sumqayıt)” yazılması vacibdir. CV göndərməyənlərin namizədlikləri nəzərə alınmayacaq.

Elanın bitmə tarixi: 16.10.2022