FİL Agency MMC

SMM Menecer

500 - 600 AZN

undefined 

 

Vəzifə öhdəlikləri:

  • Məhsul və ya xidmətlər üçün aylıq post-plan və məzmun (kontent) planın hazırlanması
  • Hazırlanmış post plan üzrə qrafikə uyğun düzgün şəkildə paylaşımların icrası
  • Müştərilərdən dolğun brifin alınması və kreativ komandaya briflərin tam və dolğun şəkildə ötürülməsi
  • Aylıq post plan və reklam hesabatının hazırlanması
  • Kampaniyaların nəticələrini və effektivliyini təhlil etmək və rəqəmsal marketinq portfeli üzrə aylıq hesabatlar yaratmaq.
  • Sosial media reklamları və büdcəsinin idarə edilməsi
  • Məhsul və xidmətlər üçün sosial media kampaniyalarının ideyası və keçirilməsində yaxından iştirak
  • Rəqiblərin və ümumi bazarın təhlili və təkliflərin hazırlanması

Tələblər:

  • SMM sahəsində minimal 1 il iş təcrübəsi
  • Ads manager və business managerlə iş təcrübəsi
  • Sosial media reklamları üzrə düzgün, effektiv hədəf kütləsinin müəyyən edilməsi (targeting)
  • Rəqəmsal marketinq sahəsində kifayət edəcək səviyyədə biliklərin olması, yeni trendləri daim izləmək
  • Komanda və müştəri ilə effektiv ünsiyyət qurma bacarığı
  • Azərbaycan dilində qrammatik yazı bacarığı 
  • Kontent yaratma bacarığının olması ciddi üstünlükdür
  • Rus-dili biliyi ciddi üstünlük, ingilis dili arzuediləndir.
  • Təşəbbüskarlıq, punktuallıq, kreativlik və dürüstlük
  • Korporativ ünsiyyət və yazışma qaydalarından xəbərdar olma

İş şəraiti:

İş qrafiki: Bazar ertəsi - Cümə 09:00-dan 18:00-dək, şənbə günü 10:00-14:00 (ayda 2 dəfə)

Əmək haqqı – 500-600 AZN

Qeyd: Daim öz üzərində çalışan, bilik və bacarıqlarını mütəmadi artıran, sektorun yeniliklərini izləyən və inkişaf etmək niyyətində olan namizədlər üçün qısa müddətdə karyera yüksəlişi imkanı mövcuddur.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “SMM Menecer” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Elanın bitmə tarixi: 28.02.2023