Rəqəmsal marketinq üzrə mütəxəssis

Veliev MMC

Rəqəmsal marketinq üzrə mütəxəssis

undefined 

 

Vəzifə və Öhdəlikləri:

  • Rəqəmsal kanallar vasitəsilə (Axtarış sistemləri, Google Display Network, Sosial şəbəkələr, Mailchimp) marka və məhsulları potensial hədəf kütləsinə çatdırmaq;
  • Ümumi hədəflər əsasında Rəqəmsal Marketinq strategiyasının qurulması;
  • Sahə üzrə açar sözlərin müəyyən edilməsi, bunun əsasında SEO strategiyasının qurulması;
  • Rəqəmsal trendlərin izlənməsi və onların tətbiqi ilə əlaqədar təkliflər hazırlamaq
  • Markanın sosial media hesablarının idarə olunması.

Tələblər:

  • Ali təhsil (Marketinq sahəsində təhsili olanlara üstünlük veriləcək);
  • İngilis dili səlis danışıq (Rus dili əlavə üstünlükdür);
  • Microsoft Office proqramları yüksək səviyyədə;
  • Azərbaycan dilinin orfoqrafiya normalarına yüksək səviyyədə hakim olmaq;
  • Google Ads və Facebook Ads sahəsində mükəmməl biliklər;
  • Google Analytics, Tag Manager, Google Search Console – da işləmə bacarığı;
  • SEO və veb texnologiyalar barədə məlumatlı olmaq;
  • Rəqəmsal marketinq sahəsində ən az 1 il iş təcrübəsi;
  • Tədqiqat və analiz bacarıqlarına malik olmaq;
  • Məntiqi düşüncəyə və qərar vermək bacarıqlarına sahib olmaq;
  • Açıq fikirli olmaq və  şərh etmə bacarığının olması;
  • Sumqayıt şəhərində yaşayanlara üstünlük veriləcək.

Əmək şəraiti:

  • İş yeri: Sumqayıt şəhəri
  • İş rejimi: 6 günlük iş həftəsi
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 Noyabr tarixinədək emailin mövzu hissəsində "Rəqəmsal marketinq üzrə mütəxəssis " qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərsiz.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Elanın bitmə tarixi: 01.12.2022