Rəqəmsal Marketinq üzrə Menecer

Azerbaijan Fish Farm

Rəqəmsal Marketinq üzrə Menecer

undefined 

 

Namizədə Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Marketinq və ya Biznes idarəçiliyi üzrə);
  • 1-3 il Rəqəmsal marketinq üzrə iş təcrübəsi;
  • Rəqəmsal marketinq üzrə müvafiq sertifikatlar;
  • Sosial şəbəkələr, SEO, kontentin idarə edilməsi, dizayn proqramları;
  • Azərbaycan dili, İngilis dili, Rus dili;
  • Satış, İstehsalat sahəsində təcrübə arzuolunandır;
  • Yüksək analitik qabiliyyət;
  • Yaxşı şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Mükəmməl təşkilati və vaxt idarə etmə bacarıqları;
  • Yerli bazarı bilmək və araşdırmaq;
  • CRM, SMM, PR və rəqəmsal reklam sahələrində geniş təcrübəyə malik olmaq.

Vəzifə üzrə öhdəliklər:

  • Qlobal rəqəmsal marketinq strategiyasının formalaşdırılması habelə rəqəmsal aktivlərin (vebsayt, SMM, SEO, reklam kampaniyaları) idarə edilməsi və inkişaf etdirilməsi;
  • Sosial şəbəkələrin idarə olunmasının təşkil edilməsi;
  • Sosial media kanalları üzrə kontent planının hazırlanması və təqvimə uyğun yerləşdirilməsi;
  • Şirkətin internet saytlarının idarə edilməsi (mütəmadi olaraq saytın auditini həyata keçirmək, ehtiyac duyulan kontent və UI/UX dizayn dəyişikliklərinin icrasını təşkil etmək );
  • Ödənişli media, mobil, sosial və SEO vasitəsilə yeni müştərilər əldə etmək üçün ilkin plan və strategiyanın həyata keçirilməsi;
  • Rəqəmsal reklam kampaniyalarının planlaşdırılması və reklam kampaniyaları üçün büdcələrin hazırlanması, monitorinqinin aparılması;
  • A/B testi daxil olmaqla, yeni yanaşmaların, istifadəçi seqmentlərinin və imkanlarının müəyyən edilməsi;
  • Bütün rəqəmsal marketinq kampaniyalarının, axtarış nəticələrinin performansının ölçülməsi, hesabat verilmsəi və hədəflərə (ROI və KPI) görə qiymətləndirilməsi;
  • Qarşıya qoyulan məqsədlərə daha yaxşı nail olmaq üçün veb - analitika panellərinə nəzarət edilməsi, hesabatlar hazırlanması və əsas təkmilləşdirmə sahələrinin vurğulanması;
  • Foto və videoçəkilişlərin təşkil edilməsi;
  • Rəqəmsal marketinq fəaliyyətinin yaxşılaşdırılması məqsədi ilə podratçı şirkətlərlə (agentlik, təçhizatşı) işin koordinasiya edilməsi (tender, qiymətləndirmə, müqavilə, yekun sənədlər);
  • Sahə üzrə trendlərin və son texnologiyaların müəyyən edilməsi;

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
  • İş yeri: Bakı şəhəri, mütəmadi olaraq regionlara işgüzar səfərlər
  • Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır
  • Əlavə: Mobil telefon və korporativ nömrə

Vakansiyaya müraciət üçün CV-ləri “Rəqəmsal Marketinq üzrə Menecer” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur. 

Elanın bitmə tarixi: 02.01.2023