Şirkətin məhsul və ya xidmətinin istehlakçılar arasında nə qədər tələb olunduğunu öyrənmək,
Bazarda tələbin və potensialın dinamikasını qiymətləndirmək,
Rəqiblərlə müqayisəli təhlil aparmaq və qiymət araşdırmaları aparmaq
Məhsula dair təklif verilməsi üçün istehlakçıya yönəlik məqsədyönlü bazar seqmetlərini müəyyən etmək,
-Məhsula dair narazıçılıqları müəyyən edib, məhsula olan tələb, məhsulda olan narazıçılıq və uyğunsuzluqları aradan qaldırılması haqda rəhbərə məlumat vermək,
Qiymət siyasətini və rəqib brendlərə olan tələbatı araşdırmaq, təhlil aparmaq və rəgabətli olmaq üçün təkliflər vermək,
Dövlət və özəl şirkətlərin tenderlərini izləmək.
Seçim meyarları:
İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il
Təhsili/ixtisası: Ali
Bacarıqlar: Office proqramlarından yüksək səviyyədə istifadə
Dil bilikləri: İngilis dili, Rus dili bilməsi üstünlükdür.
Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)
İş şərtləri:
Struktur: Marketinq şöbəsi
İş rejimi: 5 gün 09:00 – 18:00
İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı
Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.
Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini " Marketoloq" başlığı altında göndərmələri xahiş olunur