PMD Hospitality

Marketinq üzrə menecer

undefined 

Vəzifə öhdəlikləri:

  • Marketinq heyəti ilə marketinq strategiyası və proqramlarının icrası konsepsiyasında əməkdaşlıq etmək;
  • Mövcud və yeni strategiyalar, xidmətlər, məhsulları inkişaf etdirmək, dəstəkləmək və paylaşmaq;
  • Mövcud bazar təklifləri üzrə rəqabət təhlili aparmaq; bazar tendensiyalarını, qiymətləri / biznes modellərini, satış və əməliyyat üsullarını, marketinq strategiyalarını formalaşdırmaq üçün digər müvafiq məlumatları təmin etmək;
  • Məhsulun inkişafı strategiyası, qiymətləndirilməsi, yaradılması və markası daxil olmaqla mükəmməl marketinq və reklam planları fikirləşmək, inkişaf etdirmək və həyata keçirmək;
  • Kanalların, yaxud müştərilərin ehtiyacları, istəklərindən ibarət danışıq təkliflərini inkişaf etdirmək üçün komanda ilə işləmək;
  • Xidmətlərin həyata keçirilməsində və qiymətləndirilməsində iştirak etmək;
  • Müxtəlif funksiyalar üzrə əməkdaşlarla işləyərək ardıcıl və inteqrasiya edilmiş markalı təcrübələrin bütün platformalara çatdırılmasını təmin etmək;
  • Şirkətin digər müvafiq funksiyalarının marketinqin məqsədləri barədə məlumatlandırılmasını təmin etmək üçün onlarla effektiv daxili əlaqələri möhkəmləndirmək;
  • Şirkətin mövcud təkliflərini nəzərdən keçirməklə yanaşı, yeni xidmətlərin inkişaf proseslərini əhatə etmək və qismən öz proseslərini də həyata keçirməyə təşəbbüs göstərmək;
  • Rəqəmsal marketinq təşəbbüslərini optimallaşdırmaq və marketinqin aktivləşdirilməsində əsas ölçü üsullarını təhlil etmək üçün rəqəmsal alətlər və platformalar ilə iş imkanlarını nəzərdən keçirmək və qiymətləndirmək;
  • Cari mühitdə rəqəmsallaşmanın səviyyəsini anlamaq və gələcək təhlükələri qiymətləndirmək. 

Namizədə tələblər:

Təhsil:

  •  Ali-Humanitar və sosial ixtisaslar qrupu

İş təcrübəsi:

  • Marketinq sahəsi üzrə minimum 5-7 il iş təcrübəsi 

Bilik və Bacarıqlar:

  • İnformasiyanın təhlili və analiz etmək bacarığı; 
  • Marketinq planının hazırlanması və ona uyğun iş qrafikinin təşkili;
  • Marketinqin inkişafı istiqamətində daim təhlilin aparılması;
  • Yazılı və şifahi özünü ifadə etmək;
  • Şirkətin məhsul və xidmətlərinin rəqabət qabiliyyətinin qiymətləndirilməsi;
  • Rəqəmsal Marketinq üzrə kampaniyaların təşkili və idarə edilməsi;
  • Kütlə qarşısında çıxış;
  • Planlama və təşkilatçılıq;
  • Təşkilati həssaslıq;

Kompüter bilikləri:

  • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;

Dil bilikləri:                           

  • Azərbaycan dili – sərbəst;
  • Rus və ya ingilis dili – yaxşı səviyyədə;

İşçinin təminatları:

  • Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
  • PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində maksimal endirim imkanı;
  • PMD Hospitality MMC-nin tabeliyində olan müxtəlif  müəssisələrdə karyera davamı imkanı;                    
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir ([email protected]).

Elanın bitmə tarixi: 04.11.2022