Ayan MMC
Marketinq şöbəsinin müdiri
1500 AZN
Vəzifə öhdəlikləri:
Şirkətin marketinq strategiyasının və marketinq planının işlənib hazırlanmasını təmin etmək;
Daim yeni axtarışlar etmək, şirkətin yeni qurulan marketinq kampaniyalarını nəzarətdə saxlamaq və gedişi ilə əlaqədar rəhbərliyə məlumat vermək;
Bazardakı rəqibləri araşdırmaq, analizlərini aparmaq və tələbatını müəyyənləşdirmək;
Şirkətin bütün məhsulları üçün marketinq və reklam planları fikirləşmək, inkişaf etdirmək və həyata keçirmək;
Xidmət sahəsinin inkişaf strategiyasının formalaşdırılmasını və qiymətləndirilməsini təmin etmək;
İstifadə olunan saytların effektivliyini təhlil etmək;
Partnyorlar ilə birlikdə aksiyaların hazırlanmasına nəzarət etmək;
Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələləri həll etmək.
Namizədə dair tələblər:
Bəy namizəd
Ali təhsili
Yaş həddi: 30-45
Müvafiq sahədə minimum 5 il iş təcrübəsi
Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
İdarəetmə və təqdimat bacarığı
Məsuliyyətlilik
Müvafiq sahə üzrə Sertifikatı olanlara üstünlük veriləcəkdir.
Əlavə məlumatlar:
İş qrafiki 08:00-dan 17:00-dək
5 günlük iş rejimi
Əmək haqqı – 1500 fix + KPİ nəticələri
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron poçt ünvanına, mövzu hissəsində vəzifənin adı “Marketinq şöbəsinin müdiri” qeyd olunmaqla, göndərə bilərlər.
Müsahibəyə dəvət olunan namizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Elanın bitmə tarixi: 09.01.2024