VMF

Marketinq meneceri

undefined 

İş barədə məlumat:

  • Bütün marketinq, reklam və stimullaşdırma heyətininin və tədbirlərinin idarə olunması və əlaqələndirilməsinin həyata keçirilməsi;
  • Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi;
  • Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
  • Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
  • Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi;
  • Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;
  • Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi;
  • Qiymət strategiyasının işlənib hazırlanması;
  • Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması;
  • Müştəri bazası, mövcud məhsul və xidmətlərin analiz prosesinin təşkilinə nəzarət  edilməsi;
  • Reklamların sifarişinə, hazırlanmasına nəzarət edilməsi;
  • Məhsul və xidmətlərin inkişafına nəzarət edilməsi;
  • Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələrin həyata keçirilməsi ;
  • Məhsul və xidmətlərin reklam və inkişafı işinin təşkil edilməsi;
  • Bir başa rəhbərinin ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi;
  • Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi;
  • Rəhbərlik etdiyi fəaliyyət sahəsinin işçiləri arasında iş bölgüsünü aparılması;
  • Rəhbərlik etdiyi fəaliyyət sahəsinin işçiləri ilə fəaliyyət  dairəsinə aid olan məsələlərin müzakirə edilməsi, onların həll edilməsi üçün tapşırıqlar verilməsi;
  • Rəhbərlik etdiyi işçilərin  işinə nəzarət edilməsi, onlardan verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmələrinin tələb edilməsi;
  • Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinin tələb edilməsi;
  • Cəmiyyətdə mövcud olan daxili prosedur və qaydalara uyğun işlərin təşkil edilməsi.

İş günləri: 1-6 ci günlər

Əmək haqqı namizədin bacarıqlarına görə təyin ediləcəkdir

Namizədə tələblər:

  • Marketinq sahəsində ali təhsili
  • 25-35 yaş
  • Marketinq sahəsində 3 ildən az olmayan təcrübə
  • Analitik və kreativ düşünmə tərzi
  • Təqdim etmə bacarığı
  • Proektlər və personalı idarəetmə bacarığı və təcrübəsi
  • Ünsiyyət qurmaq və danışıqlar aparmaq
  • MS Office-də işləmək bacarığı
  • Azərbaycan dilinin qrammatika və leksika biliyi və düzgün tətbiq bacarıqları
  • İngilis və ya Rus dili biliyi olan namizədlərə üstünlük verilir
  • Sosial Media İşlərinin həyata keçirilməsi və təşkili üzrə təcrübə
  • Müştərilər üzrə Sosial media strategiyalarının hazırlanması
  • Müştərilər üzrə mətnlərin hazırlanması
  • Müştərilərlə əlaqə, müştəri məmnuniyyətinin təmin olunması
  • Foto və video çəkilişlərin təşkili və idarə olunması bacarığı
  • Sosial şəbəkələrdə irəliləyiş alətləri və üsullarını istifadə etmə bacarığı
  • Reklamların təyin edilməsi və idarə edilməsi
  • Reklamların və görülən işlərin analizi bacarığı
  • Google ads üzrə işləmə bacarığı
  • Photoshop və dizayn proqramlarinin bilməsi
  • Planlaşdırma və realizasiya bacarığı
  • Məsuliyyətli və diqqətli olmaq
  • Komandada işləmə bacarığı
  • Kreativ düşüncə

Qeyd : Şirkət Qobu qəsəbəsi, Milli Qəhrəman Ç. Mustafayev küç., 313 ünvanında yerləşir.

İnşaatçılar metro stansiyasından əməkdaşları şirkətin servisi götürür və axşam gətirir.

Namizədlər CV-lərini Marketinq meneceri başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.