Marketinq işləri üzrə mütəxəssis

Unimetal

Marketinq işləri üzrə mütəxəssis

undefined 

 

Vakansiyanın təsviri:

 

  • Şirkət tanıtımı məqsədi ilə müxtəlif reklam materiallarının hazırlanması, yayımlanması və onlara nəzarətin təmin olunması
  •  Şirkətin marketinq planının hazırlanması prosesində iştirak etmək, tövsiyyələrini vermək
  •  Şirkət vebsaytını idarə etmək, ona nəzarət etmək, orada dəyişikliklər olunması və məhsullar haqqında məlumatların SEO-ya uyğun olaraq hazırlanıb əlavə edilməsini təmin etmək
  •  SMM mütəxəssisi ilə işin təşkili və gündəlik tapşırıqların verilməsi, bu fəaliyyətə nəzarətin təmin olunması
  •  Şirkətin sosial media hesablarının idarə olunması, trendləri izləyərək buna uyğun müxtəlif postların paylaşılmasının və burada müştərilərdən gələn sorğuların cavablandırılmasının təmin olunması
  •  Rəqəmsal sahədə (Meta, Linkedin, Google analytics) alətlərin düzgün seçilməsi və idarə olunmasını təmin etmək
  •  Şirkətin korporativ brandbook-una uyğun dizayn vizuallarının hazırlanmasına birbaşa nəzarət etmək
  •  Satış məqsədləri üçün müxtəlif reklam mətnləri hazırlamaq
  •  Media əlaqələrini qurmaq, müsahibə və press-reliz mətnlərinin yazılması və onların yerləşdirilməsinə nəzarət etmək
  •  Şirkətdaxili marketinq məhsullarına (kataloq, flayer, baner, promo və s.) yaranan tələblərə əsasən sifarişləri həyata keçirmək
  •  Şirkətin yerli və xarici sərgilərdə və markanın tanıtımı məqsədi ilə müxtəlif tədbirlərdə iştirakının təşkil olunması
  •  Markanın bazar payını artırmaq üçün araşdırmalar aparmaq və marka tanıtımının müxtəlif kommunikasiya kanalları vasitəsi ilə hədəf kütləyə çatdırılmasının təmin etmək
  •  Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparmaq
  •  Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək
  •  Reklam kanallarının və kampaniyaların analiz edilməsi və analizə əsasən optimizasiyaların aparılması
  •  Şirkətin bazar payı ilə bağlı lazımi təhlil və araşdırmaların aparılması
  •  Rəqib şirkətlər haqqında təhlil və araşdırmalar aparmaq və yeniliklərdən xəbərdar olunmasını təmin etmək
  •  Düzgün reklam alətlərini seçmək, reklam kampaniyalarını yazmaq, ölçüləbilən reklam nəticələrini analiz etmək
  • Aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması
  •  Marketinq fəaliyyəti ilə bağlı olaraq ADRA ilə münasibətlərin idarə olunması
  •  Vəzifə öhdəliyinə əsasən rəhbərlikdən daxil olan digər tapşırıqları yerinə yetirmək
  •  AR Əmək məcəlləsinə uyğun olaraq rəsmiləşmə, 6 günlük iş həftəsi
  •  Nahar şirkət tərəfindən təmin olunur
  •  Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov 122 A

 

Xüsusi tələblər:

 

  • Marketinq, biznes idarəçiliyi və ya digər buna yaxın sahə üzrə ali təhsil
  •  Müvafiq sahədə ən azı 3-illik iş təcrübəsinin olması
  •  SMM, PR və Reklam sahələrində geniş təcrübəyə malik olmaq
  •  Marketinqin əsas prinsiplərini yaxşı bilmək
  •  Marketinq və bazar araşdırmaları haqqında biliyə malik olması
  •  Yüksək səviyyədə kompüter bilikləri və ofis proqramlarında sərbəst işləmə bacarığı
  •  Azərbaycan dilində səlis ünsiyyət bacarığı, eyni zamanda qrammatik normalara uyğun yazı biliklərinin olması
  •  Rus və ya ingilis dillərini sərbəst bilməli; (hər ikisini bilmək üstünlükdür)
  •  Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
  •  Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq

 

Müraciət etmək üçün: [email protected] 

Elanın bitmə tarixi: 27.08.2023