Veysəloğlu MMC

Kateqoriya meneceri

undefined 

 

Funksiya: Qeyri-qida üzrə biznes inkişafı departamenti

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.

İşin təsviri: Məhsul və markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq və layihələr həyata keçirmək.

Vəzifə funksiyaları: 

  • Məhsul idarəsində olan məhsul və markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq və layihələr həyata keçirmək;
  • Məhsul seçimi və qiymətin təyin olunması prosesi ilə əlaqədar müvafiq şirkətlərlə görüşlər təşkil etmək;
  • Satış potensialı yüksək ola biləcək yeni markaların araşdırılıb yerli bazara çıxarılmasını həyata keçirmək;
  • Bazar dinamikasını, rəqibləri və rəqib məhsulları təqib edərək öz təklifləri ilə məruzə etmək; 
  • Marka və məhsul performansını müşahidə edərək təhlil etmək; 
  • İstehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini və keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq;
  • Cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək, onları məhsul və markaların ideya mərhələsində istehlakçılara çatdırmaq, o cümlədən istehlakçılardan gələcək geri dönüşlərin və dəyərləndirmənin də daxil olduğu uzunmüddətli bir prosesin cavabdehliyini daşımaq

Vəzifə tələbləri:

  • Ali təhsil; 
  • Minimum 3 il marketinq, kateqoriya idarə etmə və ya biznes inkişaf sahəsində iş təcrübəsi (FMCG sahəsində iş təcrübəsi üstünlükdür);
  • Marketinq və bazar araşdırma prinsiplərini dərindən bilməli; 
  • Rus və ingilis dili biliklərinin olması mütləqdir

Əmək haqqı: Müsahibə əsasında təyin olunur. 

Təminatlar:

  • Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərilə qarşılanır;
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ni mövzu bölməsində “Kateqoriya meneceri” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.     

Elanın bitmə tarixi: 10.02.2023