AVVA

Kateqoriya meneceri

1000 - 1200 AZN

undefined 
 
İş barədə məlumat
  • Təqdim etdiyi kateqoriyalar üzrə bazar araşdırmasını etmək .
  • Marka və məhsul performansını müşahidə edərək təhlil etmək; 
  • Mağazalar arası stok qalığının hərəkatının tənzimlənməsi;
  • Məhsulun sifariş verildiyi andan, satış nöqtələrində satışa çıxarılanadək təqib olunması və bütün satış nöqtələrində olmasını təmin etmək və izləmək.
  • Mağazalarda ehtiyac və tələblərin təyin olunması, effektiv satış üçün mağazalara düzgün mal paylanılmasını təmin etmək;
  • Mal kateqoriyaları üzrə planlamanın həyata keçirilməsi;
  • Bazar dinamikasını, rəqibləri və rəqib məhsulları təqib edərək öz təklifləri ilə məruzə etmək; 
  • İstehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini və keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq;
  • Rəhbərliyə aylıq, rüblük və illik hesabatların hazırlanmasında dəstək olmaq.
     
Namizəd üçün tələblər
  • Kateqoriya meneceri olaraq 3 ildən az olmayan iş təcrübəsi;
  • Planlama və təşkilatçılıq bacarığı;
  • Riyazi və analitik düşünmə qabiliyyəti
  • Yüksək səviyyədə ünsiyyət, təqdimat və komanda ilə işləmək bacarığı
  • Böyük həcmdə məlumatların təhlilində və proqnozların verilməsində təcrübə
  • Satış əməliyyatları və prosesləri haqqında dərin biliklər
  • Excel biliklərinin yüksək səviyyədə olması

İş rejimi və əmək haqqı:

  • İş qrafiki: Bazar ertəsi – Cümə 10:00-18:00
  • Əmək haqqı – 1000-1200man. (müsahibə əsasında təyin olunacaq)
  • AR Əmək Qanunvericiliyinə uyğun rəsmiləşmə

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kateqoriya meneceri” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Elanın bitmə tarixi: 03.12.2022