VMF

Brend menecer assistenti

undefined 

Vəzifə və öhdəliklər:

  • Rəqiblərin, trendlərin, yeniliklərin və ümumiyyətlə bazar təhlilini aparmaq (Yerli və Beynəlxalq bazarlar)
  • Markanın inkişaf etdirilməsi üzrə stradegiyanı hazırlamaq;
  • Yeni məhsulları və ticarət nişanlarını sıfırdan hazırlayıb bazara çıxarmaq;
  • Mövcud məhsulların uyğun olmayan parametrlərini müəyyən edib aidiyyatı bölmələr ilə həll edilərək istehlakçılar üçün yeni dəyərlər toplusunu yaratmaq;
  • Markalar və məhsullar üzrə sıfırdan büdcənin tərtib olunması, gözlənilən mənfəətlilik və rentabelliyi izləmək;
  • Portfelin qiymət siyasətini hazırlamaq və məhsulun satış şərtlərini müəyyən etmək;
  • Müxtəlif marketinq tədbirlərini hazırlamaq və məhsulun satış şərtlərini müəyyən etmək;
  • İstehsalçılar və podratçılar ilə işin koordinasiyası (Satınalma Şöbəsinin yönləndirilməsi);
  • Tabeçiliyində olan işçilərin (Treyd Marketinq menecer və s.) işini koordinasiya etmək;
  • Satış və istehsalat planlarını müvafiq bölmələr ilə birlikdə hazırlamaq və kordinasiya etmək;
  • Məhsulun satış sxemini hazırlamaq (yeni satış bölmələrinin yaradılmasından mövcud satış kanalının optimallaşdırılmasına qədər)

Tələblər:

  • Ali təhsil (arzuolunan - Marketinq, iqtisadiyyat, menecment istiqamətləri üzrə)
  • Bu sahədə minimum 1-2 il iş təcrübəsi 
  • Yüksək səviyyədə rus və ingilis dil bilikləri
  • İnformasiya ilə işləmə bacarığı
  • Word, excel , fotoshop, outlook, 1C proqramları
  • Yaş həddi: 23-30
  • Digər: Komandada işləmək bacarığı, gülərüz, pozitiv, xoş görünüşlü, punktual, işinə və özünə qarşı tələbkar, məsuliyyətli.
  • Ezamiyyətlərə açıq olmalı

Namizədlər CV-lərini brend menecer assitenti başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd : Şirkət Qobu qəsəbəsi, Milli Qəhrəman Ç. Mustafayev küç., 313 ünvanında yerləşir.

İnşaatçılar metro stansiyasından əməkdaşları şirkətin servisi götürür və axşam gətirir.

Elanın bitmə tarixi: 20.11.2022